Alban (Qafqaz) Dilinin Muqayiseli-Izahli Sozlugu. I Bolum. A

07.07.12 | turuz

http//photoload.ru/data/fb/5d/83/fb5d8363303c477c50a7f3b83c590196.jpg


Alban (Qafqaz) dilinin müqayisəli- izahlı lüğəti. I Bölüm (A – Azulaxlat)
Author: Bəxtiyar Tuncay
Publisher: Baki
Publication date: 2012
Number of pages: 114
Format / Quality: PDF/DOC
Size: 3,6 Mb
Language: Azarbaican

Цитата:
Məlum olduğu kimi, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər, herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), saxurlar və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onlar bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar.

Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri olan albanların adı ilk dəfə miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl IV əsrin sonlarında baş vermiş olaylarla əlaqədar yad edilirlər. Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbaycanda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda və bugünkü Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları, herləri və sairə öz ərafında birləşdirərək, tarixi mənbələrdə "Albaniya" adı altında yad edilən dövlət qurmuşdular.

Sözlükdə yer alan kəlmələr aşağıdakı qruplara aiddir:
Klissik alban (qarqar-qıpçaq) dilinin ayrılmaz hissəsini təşkil edən xüsusi və terminoloji sözlər;
Tarixi və əfsanəvi (mifik) şəxs adları;
Müxtəlif millət, xalq, tayfa və ümmətlərin adları;
Dini ayinlərlə bağlı doğma və alınma terminlər;
Səs təqlidi yolu ilə düzəldilmiş sözlər;
Miqdar və sıra sayları;
Substanivləşən (isimləşən) və ya sifət kimi işlənən feli sifətlər;
Mürəkkəb sözlər və onların sözdüzəltmə baxımından məhsuldar olan tərkib hissələri;
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Поделитесь записью в соцсетях с помощью кнопок:

Просмотров: 1574
Рейтинг:
  • 5