Alban (Qafqaz) dilinin muqayisəli - izahlı lugati. 1-2 Cild
Alban (Qafqaz) dilinin müqayisəli- izahlı lüğəti. 1-2 Cild
Author: Bəxtiyar Tuncay
Publisher: Baki
Publication date: 2012
Number of pages: 112+93
Format / Quality: PDF/DOC
Size: 1,94 Mb
Language: Azarbaican
Цитата:
ÖN SÖZ
Sevgidəyər oxucuların nəzər-diqqətinə təqdim edilməkdə olan bu Sözlük, müəyyən bir qismi “Qafqaz albanlarının dili və ədəbiyyatı”, eləcə də rus dilində qələmə aldığımız “Письменное наследие Кавказских албан” (Qafqaz albanlarının yazılı irsi) adlı kitablarımızda təqdim edilmiş çoxsaylı alban (qarqar-qıpçaq) mətnlərinin leksik tərkibini əks etdirməkdədir. Bu sırada “Qriqori Hamamanın “Alban dilinin qrammatikası” əsərinin dövrümüzədək ulaşmış bir fraqmentini və orada işlənmiş zəngin “söz baqajını” da yaddan çıxarmamaq lazımdır ki, həmin fraqmenti “Qriqori Hamama və onun alban (qarqar-qıpçaq) dilində qələmə aldığı “Alban dilinin qrammatikası” əsərindən bir fraqment” adlı məqaləmizdə tam olaraq vermişik.
Sözlüyə hazırda Avstriya, Ermənistan, İtaliya, Polşa, Rumıniya, Rusiya və Ukraynanın kitabxana və əlyazma fondlarında qorunub saxlanmaqda olan və ayrı-ayrı vaxtlarda müxtəlif tədqiqatçılar tərəfindən dərc edilmiş olan albandilli mətnlərdə rast gəlinən bütün türk mənşəli söz və ifadələr işləndikləri şəkilçilərlə birlikdə daxil edilmiş, onların digər türk ləhcə və şivələrindəki, xüsusən də digər qıpçaq şivələrindəki qarşılıqları imkan daxilində müqayisəli şəkildə gözdən keçirilməyə çalışılmışdır.
“Alban (qarqar-qıpçaq) dilinin müqayisəli izahlı Sözlüyü”nü normativ lüğət də adlandırmaq olar. Bu isə o deməkdir ki, həmin Sözlük:
a) sözlərin düzgün işlənmə formalarını göstərməyi;
b) onları digər türk ləhcə və şivələrindəki analoqları ilə qarşılaşdırmağı;
c) hər bir kəlmənin və ya onun mənasının işləndiyi sahənin hüdud və çərçivəsini müəyyən etməyi;
ç) sözlərin hansı anlama gəldiyini və hansı tərkiblərdə işləndiyini müxtəlif yazılı qaynaqlardan götürülmüş sitat və ya məsəllərlə göstərməyi;
d) sözlərin qrammatik izahına müəyyən yer verməyi nəzərdə öngörməkdədir.
Qafqaz albanlarının dilində işlənmiş, ümumişlərlik qazanaraq “özünküləşdirilmiş” alınmalar, yəni suryani, orta fars, yunan, ərəb, yeni fars və s. mənşəli bütün sözlər Sözlüyə daxil edilib. Azərbaycandan kənarda yaşamş mühacir albanların dilinə sonrakı əsrlərdə keçmiş çoxsaylı Avropa, xüsusən də slavyan mənşəli sözlərin də bir qismi Sözlükdə əksini tapıb. Bununla belə, əsas məqsəd oxucuları məhz Azərbaycanda və ümumilikdə Qafqaz ərazisində danışılmış alban türkcəsi və onun leksik bazası barədə maksimum məlumatlandırmaqdır.
Təqdim edilən Sözlük filoloji lüğət mahiyyəti daşıdığından onun vəzifəsi oxucunu bəhs edilən əşya və hadisənin özü ilə tanış etmək deyil, sadəcə sözün özünü anlamaq üçün yetərli olacaq bilgi verməkdən, yəni onun leksik mənasını izah etməkdən ibarətdir. Odur ki, bu Sözlükdən əşya və hadisələr haqqında tam və əhatəli bilgi tələb etmək doğru olmaz, çünki bu tip bilgiləri vermək lüğətlərin deyil, ensiklopediyaların funksiyasına daxildir. Bu səbəbdən də sevgidəyər oxucular Sözlükdə verilən sözlərin mənaları ilə tanış olarkən onların mümkün qədər qısa və yığcam mənalarının verildiyini nəzərə almalıdırlar.
Yuxarda qeyd edildiyi kimi, “Alban (qarqar-qıpçaq) dilinin müqayisəli izahlı Sözlüyü” indiyə qədər nəşr edilmiş bütün albandilli mətnlərin, ilk növbədə də Qriqori Hamama, Mxitar Qoş, Vardapet Vanakan (Vanağan), Kirakos (Giraqos) Gəncəli, Albaniya katalikosu Nerses, Yohannes Sarğavaq kimi tanınmış alban mütəfəkkirlərinin əsər və moizələrinin, eləcə də dövrümüzədək alban dilinə tərcümədə yetişmiş dini kitabların bütün leksikasını əks etdirməyi nəzərdə tutur. Lakin bu heç də o demək deyil ki, heç bir söz gözdən qaçmamşdır. Biz bu iddiada deyilik, çünki böyük mütəxəssislr qrupunun, institutlarn tərtib etdiyi ən təkmil lüğətlər belə qüsursuz deyillər və tam kamil sayıla bilməzlər. Bizim təkbaşına gerçəkləşdirməyə girişdiyimiz işdən də ideal kamillik gözləmək, əlbəttə ki, böyük səhv olar. Çünki istənilən dil elə böyük və zəngin xəzinədir ki, onu sınırlı zaman kəsimində tam qavramaq və mənimsəmək imkan xaricindədir. Hətta elə də ola bilər ki, mənasını tam qavraya bilmədiyimizdən bəzi söz və ifadələrin anlamı düzgün şərh edilməmiş olsun. Bu da oxucularımızı qane və təmin etməsin. Ümidvarıq ki, bu tip yanlışlıqları üzə çıxaracaq dostlarımız üzərimizə düşən yükün böyüklüyünü və imkanlarımızın məhdudluğunu göz önündə tutaraq bizi qınamayacaqlar.
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок: