Azarbaycan dilinin tarixi

14.06.11 | Admin

http//photoload.ru/data/52/33/34/523334a097e637805ccc5f32242c72f4.jpg


Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər).
Author:Kazımov Q.Ş.
Publisher: Bakı, «Təhsil»
Publication date: 2003
Number of pages: 255
Format / Quality: EXE
Size: 3.2 Mb
Language: Azarbaycan

Image

Цитата:
Kazımov Qəzənfər Şirin oğlu (1937)-Ədəbiyyatşünas, dilçi, professor.

Həyatı

Qəzənfər Şirin oğlu 3 mart 1937-ci ildə Azərbaycan respublikası, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir..

Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il - 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Namizədlik dissertasiyasının mövzusu: "Ə.Haqverdiyevin dramaturgiya dili"; doktorluq dissertasiyasının mövzusu: "Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)".
Раскрыть

Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.

Əsas əsərləri: "Azərbaycan dilindən təcrübi məşğələlər" (1973), "Yazıçı və dil" (1975), "Komik-bədii vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm üsulları" (1987), "Qurbani" (1990), "Qurbani və poetikası", (1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz" (1998), "Müasir Azərbaycan dili.Sintaksis" (2000), "Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)" və s. Ali və orta məktəblərin "Azərbaycan dili" dərsliklərinin ("Azərbaycan dili",7-8-ci siniflər üçün dərslik, 1983=cü ildən; "Azərbaycan dili", rus məktəbinin 2-3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; "Azərbaycan dili" - 8-9-cu siniflər üçün – 2003-cü ildən ; "Müasir Azərbaycan dili.Sintaksis", ali məktəblər üçün dərslik, 2000) müəllifidir. Mərkəzi mətbuatda 200-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur. Əsas yaradıcılıq tstiqamətləri:

Kitabları

1.Əzık dramaturqii A.Axverdieva.-AKD,1965,35 s.
2.Azərbaycan dilindən təcrübi məşğələlər.-Bakı, APİ nəşri, 1973,297 s.(kollektiv)
3.Yazıçı və dil.-APİ nəşri,1975,228 s.
4.Komik-bədii vasitələr.-Bakı,Yazıçı,1983,188 s.
5.Qurbani.-Bakı,Yazıçı,1984,47 s.(rus dilində)
6.Əzık azerbaydjanskoy sovetskoy satiriçeskoy prozı.1920-1940 qq.(problema əzıkovıx sredstv i priemov komiçeskoqo),-ADD, Baku,1987,62 s.
7.Bədii ədəbiyyatda komizm üsulları.-Bakı, "Maarif",1987,228 s.
8.Azərbaycan yazıçılarının əsərlərindən səhifələr (F.Həsənovla).-Bakı,"Maarif",1988,77 s.
9.Qurbani (Toplayanı, tərtib edəni, ön sözün müəllifi Q.Kazımov).-Bakı Universiteti Nəşriyyatı,1990,278 s.
10.Qurbani və poetikası.-Bakı, ADPU nəşri,1996,198 s.(monoqrafiya)
11.Sənət düşüncələri.-Bakı, Dövlət Kitab Palatası,1997,576 s.
12.Dilimiz-tariximiz.-Bakı,Elm,1998,280 s.
13.Müasir Azərbaycan dili.Sintaksis.Ali məktəblər üçün dərslik.Bakı,"Ünsiyyət",2000,496 s.
14. Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən XIII əsrə qədər.-Bakı, Təhsil" nəşriyyatı,2003.

Orta məktəb dərslikləri

1.Azərbaycan dili.-Rus məktəbinin 2-ci sinfi üçün (M.Səfərovla),1977-1995-ci il nəşrləri.
2.Azərbaycan dili.Rus məktəbinin 3-cü sinfi üçün,1996-cı il və sonrakı nəşrlər.
3.Azərbaycan dili.Azərbaycan məktəbinin 7-8-ci sinifləri üçün (M.Şirəliyev və M.Hüseynzadə ilə),1983-1993-cü il nəşrləri.
4.Türk dili (Y.Seyidovla birlikdə).-7-8-ci siniflər üçün, 1994.
5.Azərbaycan dili (Y.Seyidovla).-7-8-ci siniflər üçün, 1995 -2002-ci il nəşrləri.
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Password: turklib

Поделитесь записью в соцсетях с помощью кнопок:

Просмотров: 2762
Рейтинг:
  • 5