Azarbaycan Safavilar Davlati - Oqtay Afandiyev
<b>Azərbaycan Səfəvilər dövləti</b>
Author: Oqtay Əfəndiyev
Publisher: Baki.,Sharq-Qarb
Publication date: 2007
ISBN: 978-9952-34-101-0
Number of pages: 407
Format / Quality: PDF
Size: 10,7 Mb
Language:Azarbaican
Цитата:Oqtay Əbdülkərim oğlu Əfəndiyev
Anadan olduğu yer:Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 26.03.1926
Təhsili:Moskva Şərqşünaslıq İnstitutu, fars dili
Elmi dərəcəsi:Tarix elmləri doktoru
Elmi rütbəsi:Professor
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:6 kitab, 10 kollektiv monoqrafiya, 150 elmi məqalə
Xaricdə çıxmış elmi əsərlərin sayı:15
Əsas elmi nailiyyətləri:
Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırmış, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarmışdır.Bununla, tarix elmində Səfəvi dövlətinə "İran dövləti" kimi ənənəvi baxışın yanlış olduğu aşkar edilmişdir. XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb etmişdir. Tarix elmində "İranlı Don Juan" adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit etmiş və onun əsərini rus dilində çapa hazırlamışdır. 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindəndir.Əsas elmi əsərlərin adları:
"XVI əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin yaranması", Bakı, 1961
"Azərbaycan Səfəvilər dövləti" , Bakı, 1981
"Orucbəy Bayatın" - "İranlı Don Juan"ın kitabı, Bakı, 1988
Ze Role de Tribus de Za Zangue Turque dan Za Creation de Z'Etat Safavi de "Turcica", t.VI, Paris-Strasbourg, 1975
Фазлуллах Ибн Рузбихан Хунджи. Тарих-и алам-арайи Амини, Баку, 1987
The Nomads and The Settled Population of the Middle East in the Past-Mongolian Period. Central Asian Survey, vol.12, №4, Madison,1993
Təltif və mükafatlar:
"Şərəf Nişanı ordeni" - 1986;
"Şərəfli əməyə görə" medal - 1982;
Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004
Цитата:Səfəvilər dövləti
Səfəvilər Dövləti və yaxud Dövlət-i Səfəviyyə[2][3] (fars: صفویان; ingilis: Safavid Empire), 1501-ci ildən 1736 ilə qədər Azərbaycandan başlayaraq bugünkü İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan ve şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan Türkcəsini əsas rəsmi dil[4], 12-imam Şiəlik məzhəbini isə rəsmi din[5] kimi qəbul etmiş hakim sülalədir.
Səfəvilər sülaləsinin kökü əsasən Azərbaycan-əsilli Türk[6], qismən isə Kürd[7] və Yunan[8] etnik ünsurlarından ibarətdir. Dövlətin əsasını, Ağqoyunlu hökümdar Uzun Həsənin nəvəsi olan[9]Səfəvi təriqətinin başçısı I İsmayıl, 1501-ci ilin iyul ayında Təbrizdə özünü Azərbaycan şahı[10] elan edərək qoymuşdur[11]. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaş ordusunun əsas nüvəsini Azərbaycan Türkləri təşkil etmişdir[12].
Sonrakı bir il içində İran ərazisini də fəth etmiş İsmayıl, 1502'ci ilin may ayında özünü İran şahı elan etmiş və sonrakı 250 ildə Yaxın Şərqdə böyük təsirə malik olmuş Səfəvilər İmperiyasının[13] təməlini qoymuşdur. Səfəvilər Dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında ən böyük tarixi rol oynamışdır.Rəsmi dil
Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan Türkcəsi olmuşdur və o, bu dildə Xətai ləğəbi altında şerlər yazmışdır[15]. Bundan dolayı Səfəvilər sülaləsinin rəsmi dili Azərbaycan Türkcəsi olmuş , saray əhli və həmçinin dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar. Əlavə olaraq, Fars dili də Səfəvilər dövründə ədəbi və idari dil kimi işlədilmişdir.Səfəvi sülaləsi
Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Sünnilərin şiələri təqib etdiyi üçün təqiyyə etdi və sünni kimi tanındı. Şeyx Əli dövründə təqiyyə aradan götürüldü. Daha sonra Şeyx Cüneyd dövründə Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başladılar. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə şəhid oldu. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mubarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları səbəb oldu. Daha sonra Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana hücumlar etdi. Sonunca səfərdə Şeyx Heydər şəhid edildi və Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət Şeyx İsmayıl tərəfindən davam etdirildi.
<div align="center">
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Password: turklib</div>
Поделитесь записью в соцсетях с помощью кнопок: