Azarbaycan sevgi poeziyasi - 1-3 kitab
Azərbaycan sevgi poeziyası (külliyyat) - Birinci-üçüncü kitab
Author: Külliyyat
Composer: Hamlet İsaxanl
Publisher: Xəzər Universiteti Nəşriyyatı
ISBN: 978-9952-20-050-8,978-9952-20-050-8,978-9952-20-051-5
Publication date: 2008-2009
Number of pages: 812
Format / Quality: PDF
Size:24,94 + 75.24 +75.3 Mb
Language: Azarbaycan
Цитата:
Bütün dövrlərdə yaşamış Azərbaycan şairlərinin sevgiyə həsr olunmuş şeirlərindən ibarət çoxcildli kitab (külliyyat). Xəzər Universiteti Nəşriyyatında 2008-ci ildən başlayaraq çap olunan bu toplunun tərtibçisi Hamlet İsaxanlıdır.
"Azərbaycan Sevgi Poeziyası" ensiklopedik toplusunun artıq ilk üç kitabı işıq üzü görmüşdür. Hamlet İsaxanlının "Yaxşı sevgi şeirlərimiz..." sərlövhəli ön sözündə kitabın tərtib olunması ilə bağlı məsələlər haqqında yazılmışdır:
"Azərbaycan poeziyasının zəngin tarixində sevgi aparıcı mövzulardan biridir və şübhəsiz ki, sevgiyə həsr olunan şeirlər ən çox əzbərlənən və sevilən poetik nümunələr arasındadır. Böyük-kiçik hökmdarların, müxtəlif dini, siyasi ideologiyaların hakim olduğu zamanlarda yazıb-yaradan, sarayla dil tapan, ona xidmət edən və ya saraylarla əlaqəsi olmayan şairlərimiz könlünü eşq aləminə vermiş, ədəbiyyatımızı yaşadan şah əsərlər qoyub getmişlər. Klassiklərimizlə yanaşı bir çox orta əsr və çağdaş dövr şairlərimiz də ağızda gəzən, ürəkləri oynadan, musiqiyə dönən gözəl sevgi şeirləri yazmışlar. Bu şeirləri seçib, bir yerə toplayıb bütöv şəkildə oxuculara təqdim etmək çoxdankı arzum idi".Birinci kitab
Birinci kitaba 20-ci əsrdə yazıb-yaratmış aşağıdakı şair, yazıçı və dramaturqların sevgi şeirləri daxil edilmişdir: Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əhməd Cavad, Əliağa Vahid, Cəfər Cabbarlı, Osman Sarıvəlli, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mikayıl Müşfiq, Rəsul Rza.
Birinci kitaba Hamlet İsaxanlının "Sevgi və Poeziya" adlı məqaləsi ilə yanaşı, kitabdakı bütün şeirlərin adı və ya birinci misrasına əsasən əlifba sırası ilə indeks də daxil edilmişdir. Kitabın sonunda ingilis dilində kitabın titul vərəqi və tərtibçinin yuxarıda adı çəkilən məqaləsindən kiçik fraqment verilmişdir.İkinci kitab
Birinci kitabdakı kimi burada da şairlər doğum tarixlərinə görə sıralanmışlar. İkinci kitaba 20-ci əsrdə yaşayıb-yaratmış cənublu-şimallı aşağıdakı şairlərin seçilmiş sevgi şeirləri daxil edilmişdir: Abbas Səhhət, Səməd Mənsur, Abdulla Şaiq, Məhəmməd Hüseyn Şəhriyar, Əhməd Cəmil, Həmid Nutqi (və ya Həmid Nitqi), Ənvər Əlibəyli, Zeynal Cabbarzadə, İslam Səfərli, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Cabir Novruz.
İndeksləşmə və digər tərtib prinsipləri birinci kitabda olduğu kimi saxlanılmışdır.Üçüncü kitab
Üçüncü kitaba daxil edilən sevgi şeirlərinin müəllifləri aşağıdakı çağdaş Azərbaycan şairlərdir (dünyasını dəyişmiş və həyatda olan): Məmməd Araz, Tofiq Bayram, Famil Mehdi, Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Hamlet İsaxanlı, Zəlimxan Yaqub.
Tərtibat prinsipləri əvvəlki iki kitabdakı kimidir.
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Поделитесь записью в соцсетях с помощью кнопок: