Dali Kur - Tarixi roman - 1977

Dəli Kür - Tarixi roman
Author: Ismayıl Şıxlı
Publisher: Bakı: Gənclik,
Publication date: 1977
Number of pages: 276
Format / Quality: Pdf
Size: 2 Mb
Language:Azarbaycan

Цитата:"Dəli Kür"
A. Məsud
Bu gün, ədəbi dəyərlərin qəsdli şəkildə, yoxsa, zamanın hansısa məkrli tələbinə uyğun surətdə itirildiyi, "yazıçı" anlayışının, öz xırda maddi ehtiyaclarının ödənilməsi naminə istənilən şəklə düşə bilən "miskin şairlər ordusu" səviyyəsinə endirildiyi bir dövrdə, şəxsiyyət bütövlüyü, yüksək yazıçı amalı, ali vətəndaşlıq əqidəsi ilə yaddaşlarda yaşayan İsmayıl Şıxlını xatırladıqca, yazıçı olduğuna, üstəlik, Azərbaycan yazıçısı olduğuna görə peşmanlıq və xəcalət hissi çəkmirsən, əksinə, ədəbiyyata təmənnasız xidməti və xeyirxahlığı ilə çoxlarına nümunə ola bilən bu qələm adamıyla qürur duyur, bu işıqlı simada bir pərvəriş, nicat tapırsan. Azərbaycanın tarixi reallıqlarını, müxtəlif zümrəli və taleli insan obrazlarını canlı və dolğun təsvirlərlə qələmə almış, neçə-neçə yaddaqalan romanları və hekayələri ilə ədəbi fikir tarixində öz təsirli Səhifəsini yaratmış İsmayıl Şıxlı, onu yaxından-uzaqdan tanıyan insanların, xüsusən, hər kəsin yerini və qiymətini dəqiq müəyyənləşdirməyi bacaran ədəbi mühitin yaddaşında, həm də zadəgan xislətli nəcib insan kimi yaşamağındadır. "Azərbaycan" jurnalı, sonradan Yazıçılar Birliyi kimi, fəaliyyəti birbaşa yaradıcı insanlarla - hədsiz həssas təbiətli, dəymədüşər qələm adamlarıyla sıx təmaslar üzərində qurulan məsuliyyətli vəzifələrdə çalışdığı dövrlər belə, kiminsə bu dərin zəkalı, insanpərvər ziyalıdan narazı qaldığı, ya incidiyi yada gəlmir. Yazıçının, Birliyin rəhbəri olarkən, ədəbiyyata yenicə qədəm qoyan ədəbi gəncliklə, xüsusi nəvazişə ehtiyaclı qocaman ədiblərlə, eləcə də söz sənətinin müxtəlif təbəqələrini və zümrələrini təmsil edən digər yazıçı və şairlərlə, yaradıcı iş birliyi və doğmalıq üzərində qurduğu münasibətlər bu gün də ehtiram və minnətdarlıqla xatırlanmaqdadır. Bu, ilk növbədə, ciddi ədəbiyyat təəssübkeşliyi, ədəbi meydana yenicə qədəm qoymuş cavan şair və yazıçıların əsərlərinin aparıcı qəzet-jurnal səhifələrində yer alması, Birliyin mətbu orqanlarına daxil olmaqda olan ədəbi əsər axınının, ədəbiyyatın ən dəqiq göstəricisi olan "İstedad" adlı sənət süzgəcindən, yüksək peşəkarlıq məsuliyyəti ilə keçirilməsi, yaradıcı sferanın müxtəlif zümrələri və fərdləri arasında mövcud olan zidiyyətlərin və ayrıseçkiliklərin, ədəbi vətəndaşlıq və insan sevgisi ilə aradan qaldırılması, Yazıçılar Birliyinin binasının, yaşından və xasiyyətindən asılı olmayaraq, bütün qələm adamlarının pənah apardığı, ünsiyyət və rahatlıq tapdığı doğma Ədəbiyyat Evinə çevrilməsi idi. Yazıçılar Birliyinə gənc müəllif qismində yenicə qədəm qoyduğum dövrlər İsmayıl müəllimin, ilk qələm sınaqlarıma göstərdiyi diqqət, yazıçı üçün ümdə olan şərtlərin mənə, müəllim səbri ilə, peşəkar yazıçı ustalığı ilə aşılaması, ilk hekayələrimdən olan "Üçüncü mərtəbdə"-ni, baş redaktoru olduğu "Azərbaycan" jurnalında, bircə sözünə belə toxunmadan nəşr etməsi və bununla da məndə - yazılarından narahat, özünə nagüman cavan yazıçıda özünəinam hissi yaratması heç vaxt yadımdan çıxmaz. Ədəbi mühitdən kənarda isə İsmayıl Şıxlı, mənim üçün sadəcə, "İsmayıl əmi" idi. Az qala hər axşam ya bizdə, ya onların, bizim evdən iki mərtəbə aşağıda yerləşən mənzilində ailəvi şam yeməyində görüşdüyüm, Ümidə xalayla1 atamın "qara yumor"lu zarafatlarını, öyrəncəli, dinməz təbəssümlə dinləyən, Elçinin2 öz balaca sazında çalıb oxuduğu el havalarından balaca uşaq sevinci ilə fərəhlənən, Bethovenin, Raxmaninovun vallarını atamla bir, anlaşılmaz, qəribə kədərlə, saatlarla dinləyən, günortalar, iş otağında aramsız çıqqıltılarla çıqqıldayan yazı makinasının səsi bloka, ordan həyətə yayılan İsmayıl əmi... lll Azərbaycan ədəbiyyatının önəmli romanlarından olan "Dəli Kür"ün ilk oxucusu, təbii ki, İsmayıl Şıxlının ən yaxın dostu, o dövrlər ədəbi mühitdə baş verənlərə heç cür laqeyd qala bilməyən atam - Məsud Əlioğlu olmuşdu. Hədsiz təsirləndiyi, əsər haqqında, xüsusən Cahandar ağa obrazı barədə vurğun həyəcanla danışdıqları indi güclə yadıma gəlsə də, "Dəli Kür" filmində səslənən mahnını xırıltılı qəlb səsiylə pəsdən oxumağını dəqiq xatırlayıram. ...Onda mən, 5-ci, ya 6-cı sinifdə oxuyurdum. Yadıma gəlir, yay idi və biz, necə olmuşdusa, hər il İsmayıl əmigilin yay istirahətlərini keçirdikləri Nalçikəcən gedib çıxmışdıq. Gecənin elə bir aləmi idi ki, yalnız cırcıramaların səsi eşidilirdi... Biz İsmayıl əmigilin, Nalçikin mərkəzi məhəllərindən birində tutduqları birmərtəbəli evin bağlı-bağatlı həyətində oturmuşduq... Atam hey sağlıq deyir, böyük Sözün, yalnız və yalnız azərbaycanlıya xas olan bənzərsiz incəliklərin, Azərbaycanın, "Nalçikin təbiətinə əsla bənzəməyən" əsrarəngiz təbiətinin, dağlarının, "Dəli Kür"ün baş qəhrəmanı Cahandar ağanın məğrurluğunun şərəfinə badə qaldırır, İsmayıl əmi, onu təvazökar məmnunluqla, vurğun təslimlə dinləyir, arada bir, atamın alovlu çıxışlarına öz qısa və duzlu müdaxilələrini edirdi. Bu məqam telefon zəngi çaldı və İsmayıl əmi, stolun bir kənarında duran uzun şnurlu telefonun dəstəyini qaldırdı. Rənginin avazıdığından və qəfil doluxsunmağından, zəngin, Azərbaycandan olduğunu anladıq. Zəng edən, Bəxtiyar Vahabzadə idi. Telefonun o biri başından bağın qaranlıq sakitliyinə dağılan həyəcanlı səsiylə "Dəli Kür"ü indicə bitirdiyini, əsərdən hədsiz təsirləndiyindən, səhərin açılmağını gözləməyə səbri çatmadığını deyir, onu ən çox tutan ayrı-ayrı epizodlardan, ələlxüsus Cahandar ağanın məğrurluğundan danışır, sözünü heç cür bitirə bilmədiyindən, hansısa şeirlərindən bəndlər deyirdi... ...Şairin coşqun izharlarından təsirlənmiş İsmayıl əmi dəstəyin ağzını bizə sarı çevirdi və biz, Azərbaycandan uzaq olduğumuzdan, ya nədənsə, telefon dəstəyindən süzülən təsirli sətirləri, niskil dolu, qəribə bir sarsıntıyla dinlədik... ...Sonra dəstəyi atam aldı və romanla bağlı təssüratlarını indi də Bəxtiyar Vahabzadə ilə ikisi bölüşməyə başladılar... Danışıb-danışıb Cahandar ağadan Şeyx Şamilə, ordan Əlibəy Hüseynzadəyə qədər gedib çıxdılar... Sonra atam telefona, indi motivini dəqiq xatılaya bilmədiyim qədim bir türkü oxumağa başladı... oxuyub-oxuyub qəhərləndi və mahnını sona çatdıra bilmədi... Lakin qəhərlənib doluxsunsa da, onun həm də necəsə, hədsiz xoşbəxt olduğunu, içi sevgi və işıq saçan gözlərindən hiss elədim, bu xoşbəxtliyin nə olduğunu anlamasam da, o gecə, öz uşaq qəlbimlə mən də onunla bir kövrəlib qəhərləndim... Bütün bu kütləvi təsirlənmənin səbəbini isə bir qədər sonra, atam əlində badə, ayağa qalxıb, səsi bütün ölkəyə yayılırmış kimi: - Cahandar ağa - Azərbaycan məğrurluğunun simvoludur!.. - deyəndə anladım... ...O gecə yadıma gəlir, biz həmin o, ilıq bağ-bağatın içində səhərin gözü açılanacan, hava işıqlananacan oturduq... Dəli Kürün hardasa lap yaxınlıqda həlim şırıltıyla axdığı, Cahandar ağanın, qundağında tüfəng, qızılquşun məğrur duruşuyla ətrafımızda dolandığı əfsanəvi bir məkanda, fərəh və qürur fəvvarəsində əriyə-əriyə qaldıq... Bu, əsil bayram idi... Böyük Ədəbiyyat bayramı. Yadımdadı, o gecə mən də, Elçin də, həyatımızda əhəmiyyətli olan nəyinsə baş verdiyini, bütün təbiətdə və bizim həyatımızda əlamətdar olan nəyinsə dəyişdiyini, öz uşaq ağlımızla necəsə anlamışdıq... Əslinə qalsa, həmin o unudulmaz gecə bizim həyatımızda həqiqətən dəyişiklik baş vermişdi... Biz, ilk dəfə azərbaycanlı olduğumuza görə qürur hissi keçirmişdik... Bunu indi başa düşürəm ki, o dövrlər - sovet ideologiyasının "azərbaycanlı" anlayışını heçə endirdiyi bir zamanda bu əlamətdar ədəbiyyat "gecəsi" bizim üçün - şüuru və duyğuları yenicə formalaşmağa başlayan yeniyetmələr üçün hədsiz vacib bir məqam idi, mənim, qardaşım Arazın, Elçinin və Fərruxun3 gələcək həyatını, vətəndaşlıq əqidəsini müəyyənləşdirəcək bəlkə də ən həlledici mərhələ idi... "Dəli Kür"-ün, cəmiyyətin ictimayi ab-havasında da əsaslı dəyişiklik yaratdığını, sovet ədəbiyyatının saxtalıq və qurama dolu çürük ənənələrini öz həqiqiliyi və sənət püxtəliyi ilə dağıtdığını isə, mən bir qədər sonra, ali məktəbin ilk kurslarında oxuyan zaman, əsər, ictimayi fikrin süzgəcindən keçirildikcə anlamışdım... Romanın ilk dəfə Azərbaycan oxucusuna, "müftəxor, tamahkar və yelbeyin ağa" surətləriylə daban-dabana zidd olan yeni ağa obrazı - qeyrətli, vətənpərvər, mərd azərbaycanlı ağası surəti bəxş etdiyini, ötən əsrin Azərbaycanında baş vermiş hadisələrin görünməyən tərəflərini bütün reallığı ilə açmaqla, xalqın qürur və özünüdərk vasitəsinə çevirdiyini dərk etmişdim. ...Bu gün həmin o təsirli və məzmunlu günləri xatırladıqca, ölkənin "Ədəbiyyat" adlı inanc yerinə güvəndiyi o dövrlərin mənəvi saflıq və müqəddəslik qoxulu ab-havasını, şəxsiyyətləri və əsərləri ilə ölkə daxilində, bütöv və dolu bir Ədəbiyyat Məmləkəti yaratmış bu işıqlı simaları yada saldıqca, bütün o müqəddəsliyin, böyük ədəbiyyat təəssübkeşliyinin, bədii sözə vurğunluğun, əqidə və məslək bağlılığının bu son iyirmi ilin hansı döngəsində, necə itirildiyinin, hansı səbəbdən heçə endirildiyinin, yalnız və yalnız İlahinin Qüdrətindən qaynaqlanan müqəddəs Söz Sənətinin, sıravi və solğun "yazı peşəsi"nə çevrildiyinin acısını yaşamalı olur, ədəbi mühitimizin, illərdən bəri sürükləndiyi bu acı durumu ilə barışmağına təəssüflənməyə bilmirsən... lll ...1973-cü ilin 23 iyununda - atam dünyasını dəyişən gecə televizorda yenə "Dəli Kür" filmi gedirdi... Gülağa Məmmədovun, sanki qeybdən gələn səsi "Ana Kür"ü elə bil daha zildən oxuyurdu... ... Anam, qardaşım Araz və mən içəri otaqda oturub filmə baxırdıq və həmin an, canını vanna otağında tapşıran atamdan xəbərsiz idik... Sonralar anam: - Olsun ki, Məsud ən son anında o mahnını eşidirdi... Sevimli "Ana Kür"-ü o gecə onu yola salırdı... ...Həmin o gecədən sonra "Ana Kür" mahnısı mənim üçün, eləcə də ailəmiz üçün atamın vida mahnısına çevrildi. ...Və mən bu gün də dəqiq bilirəm ki, həmin o taleyüklü, qaranlıq gecə, atamın hədsiz sevdiyi Gülağa Məmmədov "Ana Kür"ü məhz onun üçün - ömrünü 44 yaşında başa vuran, dəli Kür təbiətli, əyilməz, mərd azərbaycanlı alimi üçün oxuyurdu... "Dəli Kür" filminə bu gün də baxanda, həmin o unudulmaz gecəni, İsmayıl əminin nurlu çöhrəsini, Ümidə xalanın, içi daim gülümsər, müdrik, qıyqacı gözlərini, atamın qəhərli səsini və cazibədar Ədəbiyyat Burulğanında, yuxusuzluq və sarsıntı içində itib-batan Elçinlə özümü xatırlayır, artıq əfsanəyə çevrilmiş əziz insanlarla bu ruhsal təmasdan anlaşılmaz bir qürur duyuram... ...İndi "Dəli Kür" mənim üçün İsmayıl Şıxlı və Məsud Əlioğlu dostluğunun, böyük və dəyişilməz əqidə bağlılığının rəmzidir. Bu əsər, eyni zamanda, azərbaycançılığın, Azərbaycan həqiqətinin, əyilməzliyinin, və məğrurluğunun simvoludur. ...İllər ötəcək, ədəbiyyatımıza hələ neçə-neçə istedadlı nasirlər və şairlər gələcək. Onlar da ədəbiyyatımıza öz töhfələrini verəcəklər, lakin İsmayıl Şıxlı və Məsud Əlioğlu kimi ziyalı ola biləcəklərmi?.. 1 Ümidə xanım - yazıçının həyat yoldaşı 2 Elçin - yazıçının oğlu - Elçin Şıxlı 3 Fərrux Şıxlı- yazıçının kiçik oğlu
Цитата:
Yasemin Bayer: «İsmayıl Şıxlı böyük ustaddır»
Sevda İsmayıllı
«Azadlıq» radiosunun «İz» proqramının budəfəki qonaqlarından biri ilə - Türkiyəli ədəbiyyat adamı Yasemin Bayerlə bir neçə ay öncə «Yuğ» teatrında - A.P.Çexovun «Albalı bağı» pyesinin ilk tamaşasında rastlaşmışdım. Xoş-beş-dən, tamaşa barədə fikrini alandan sonra Yasemin xanımdan Bakıda nə qədər qalacağını sordum.
Fikrim onu proqrama qonaq etməkdi. «Hələ burdayım» - söylədi. «Çox önəmli bir işi tamamlamaq üzrəyik. Bir kaç aya bomba partlayacaq» - dedi. Onda mən də dəvəti ertələmək fikrinə düşdüm. «Önəmli işin tamamında görüşərik» - deyə düşündüm. «Önəmli iş» bitdi və mən iyulun 23-də Atatürk Mərkəzinə - görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» romanının Türkiyə türkcəsində nəşrinin təqdimatına dəvət aldım. Mərasimin ertəsi günü romanı Türkiyə türkcəsinə çevirən Yasemin Bayer və ünlü yazıçının oğlu Elçin Şıxlı «Azadlıq» radiosunun «İz» mədəniyyət proqramının qonağıydı.
Yasemin Bayer 1957-ci il aprelin 11-də İstanbulda doğulub. Orta təhsilini elə orda tamamlayıb. 1980-ci ildə Ege universitetinin sosial biliklər fakültəsinin alman dili və ədəbiyyatı şöbəsini bitirib. Ege universiteti nəzdindəki Xarici Dillər Məktəbində dərs deməklə yanaşı, 1985-ci ildə magistratura təhsilini də tamamlayıb. Bağdad Universitetində də çalışıb, İstanbulda özəl məktəblərdə Alman dili üzrə bölmə müdiri olub. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. 2007-ci ildən Yazıçılar Birliyinin «Dünya ədəbiyyatı» dərgisinin idarə heyətinə seçilib. 2007-2008-ci illərdə Bakı Slavyan Universitetində müəllim işləyib. «Atatürk» Mədəniyyət Mərkəzinin fəxri əməkdaşıdır. Saysız kitabların müəllifi olan Yasemin Bayer Türkiyədə çıxan qəzet və jurnallarda da daim çıxış edir. O, həmçinin Bakıda nəşr olunan «Ayna» qəzetinin köşə yazarıdır. Yasemin Bayer evlidir. Bir qızı, bir oğlu var.
- Hər ikinizi xoş gördük! İlk sualım elə hər ikinizədir. Kür çayının məhz Türkiyədən qaynaqlandığının nə vaxtdan fərqindəsiniz? (Gülüşmə)
Yasemin Bayer: - Bəlkə də uşaqlıqdan bilirdim, amma «Dəli Kür» romanını oxuyarkən yenidən xatırladım. Türkiyədən doğuluşunu, Arazdan qaynaqlandığını yadıma saldım.
Elçin Şıxlı: - Kürün Azərbaycanın ən böyük çayı olduğunu, həm də Türkiyədən qaynaqlandığını, təbii ki, orta məktəbdən bilirdim. Amma Kürün nə demək olduğunu sonralar anladım...
- Yasemin xanım, Türkiyədəki Kürə nə dərəcədə «dəli» demək olar ?
-Məncə, orda da dəli demək olar. Türkiyə türkcəsinə uyğunlaşdıranda, coşqun Kür demək daha düzgündü. Ancaq türk oxucusu olayları daha yaxşı, daha yaxından anlaya bilsin deyə, romanın adını dəyişdirmədik.
- İsmayıl Şıxlı həmişə türkcə yazıb. «Dəli Kür»ün məhz Anadolu türkcəsində nəşrə hazırlanması kimin təşəbbüsüydü?
- Mən İsmayıl Şıxlını çox gec tanıdım. Lap dəqiqi, 2 iyul 2007-ci ildə «Namərd gülləsi» adlı təsirli hekayəsini oxuyandan sonra. Bu hekayəni «Hazar kıyısında yerlə göy» adı ilə hazırladığım ilk Azərbaycan antologiyasında böyük bir qürurla birinci sıraya qoyaraq Türkiyədəki oxucularla görüşdürdük. Ardından «Dəli Kür»ü oxuyanda, bu romanın mütləq Türkiyədəki oxucuya çatdırılmasına inandığım üçün onun üzərində çalışmağa başladım. Yəni «Dəli Kür»ü oxuyarkən elə məqamlar oldu ki, mənə çox təsir etdi və Türkiyə türkcəsinə uyğunlaşdırmaqdan əl çəkə bilmədim. Sonra da Elçin Şıxlıdan izn istədim, o da «məmnuniyyətlə» söylədi və beləcə roman üzərində çalışmağa başladım...
- Elçin bəy, «Dəli Kür»ün necə doğulduğu ilə bağlı bəlkə özəl bir xatirəniz var? Xatırlayırsınızmı romanın yazılışını?
- Romanın yazılışını xatırlamıram desəm, yalan söyləmiş olmaram. Çünki roman kitab şəklində çıxanda - 1967-ci ildə mənim cəmi 10 yaşım var idi. Mən o məqamları tam duya və görə bilməzdim. Ancaq onu bilirdim ki, atam var və o yazıçıdır. Ondan artığını anlamırdım. Ancaq filmin ssenarisinin yazılışını, çəkiliş prosesini yaxşı xatırlayıram. Filmin rejissoru rəhmətlik Hüseyn Seyidzadə bizə gəlib-gedirdi. Hətta məni filmdə kütləvi səhnələrdə xırda bir rola da çəkiblər.
- Filmə baxanda özünüzü görə bilirsinizmi? (Gülüşmə)
- Görürəm... «Əqrəb» deyə qışqıran mənəm! Sözümün canı odur ki, o vaxtlar ağlım kəsmirdi. Ona görə də, həmişə sual olunanda, deyirəm ki, İsmayıl Şıxlının sonuncu romanı «Ölən dünyam»ı mən sevirəm, gözümün qabağında yazılıb, içimdən gəlib keçib. O roman haqqında çox şey danışa bilərəm, çünki ağlım kəsirdi...
- Yasemin xanım, tərcümə üzərində iş necə keçdi? Nələr sizə çətinlik törətdi?
- Roman üzərində işləyəndə elə məqamlar oldu ki, gözlərimin dolmasına əngəl ola bilmədim. Məsələn, Zərnigar xanımın üstünə günü gətirilən zaman keçirdiyi sarsıntılı səhnələr, Şahnigar xanımı Cahandar ağanın vurmağa apardığı səhnələr, Mələyi düşünəndə hirslənməmə rəğmən, yenə də ona acımam və onun duyğularını paylaşmam və s. Hər nə qədər Zərnigar xanıma haqq versəm də, olayların içində bir çox məqamlar oldu ki, tərcüməyə gələndə mən çətinliklər çəkdim. Məsələn, mən Qazax ləhcəsində danışa bilmirəm...
- Amma biz danışa bilirik, deyilmi, Elçin bəy?
«Dəli Kür»ün türkcəyə çevrilmiş üz qabığı
-Hə, bilirik...(Gülüşmə)«Dəli Kür»ün türkcəyə çevrilmiş üz qabığı
Elə kəlmə və sözlər oldu ki, orda, təbii ki, çətinlik çəkdim. Məsələn, «Başını orda islat, burda qırxdır», «Ayə, savax-savax harya gedersən?», «Ölöm», «Ay qağa», «Ay dədə», «Dərdin alem» və s... Onları da sağ olsun Elçin bəyin köməklyiylə tərcümə etdik, yoxsa mən bacarmazdım.
- Türkiyə türkcəsinə keçəndə çoxmu dəyişdi bu sözlər?
- «Gədə» və «qağa»nı, bir də «ayə»ni saxladım. Onlardan başqa bir çoxu dəyişdi. Məsələn, «anasının əmcəyini kəsənlər» ifadəsini belə uyğunlaşdırdım: Anasının məməsini kəsənlər. Altından da açıqlama verdim ki, qəddar, acımasız insan mənasındadır. Bu roman üzərində işlərkən M.F.Axundov kitabxanasına getdim, onunla bağlı nəşr olunan əsərləri oxudum. Bu qərara gəldim ki, İsmayıl Şıxlı ölkəsini, torpağını, insanını ehtirasla sevən, böyük bir ürəyi olan, baxışları adamın içinə nüfuz edən, özündən əmin və vüqarlı duruşu ilə seçilən fərqli bir yazıçı imiş. Əslində, o sadəcə yazıçı olmayıb, çünki yazarkən öyrədir, öyrədərkən də sevərək mesaj göndərir. Prof. Nizami Cəfərovun da dediyi kimi, İsmayıl Şıxlı bilgin, müdrik bir adamdır və onun davranışları, yaşayış biçimi, yazdığı əsərlər, etdiyi söhbətlər, düşünürəm ki, dünyasını dəyişməsinə baxmayaraq, Azərbaycan insanının ürəyində daim yaşayacaq. Çünki o çox böyük bir ustaddır!
- Yasemin xanım, İsmayıl Şıxlını hansı türk romançısına bənzətmək mümkündür?
-«Dəli Kür»ü sizlərin yaxşı tanıdığına inandığım Yaşar Kamalın “Ağrıdağ əfsanəsi”nə bənzədirəm. Çünki “Dəli Kür”də də Cahandar ağanın möhtəşəm atı Qəmər var, ona insandan daha yaxındır, sahibinin həp yanındadır, ona dəstək olur. Eyni şəkildə “Ağrıdağ əfsanəsi”ndə də bir at var, bu at qır atdır. Hər iki at insanların qədim inanclarını, mifolji düşüncələrini üzə çıxarmaq baxımından gözəl bir örnəkdir. Həm İsmayıl Şıxlı, həm də Yaşar Kamal yaşadığı bölgənin ləhcəsinə, folkloruna, gələnək-görənəklərinə sıx bağlılıq baxımından da ortaqdırlar. Zatən, bilirsiniz ki, at kultu türk ədəbiyyatında və mədəniyyətində çox önəmlidir. Bu baxımdan da, İsmayıl Şıxlını Yaşar Kamala çox yaxın bilirəm.
- Elçin bəy, İsmayıl müəllim Türkiyədə olmuşdumu? Mən elə bil neçə illər öncə onun Türkiyədən səfər qeydlərini oxumuşdum...
- Hə, ilk dəfə 1967-ci ildə getmişdi. Onun dayılarının ikisi Türkiyədə mühacirət həyatı yaşayırdı. Bizim indi orda xeyli əqrabalarımız var...
- Nə vaxt getmişdilər, Cümhuriyyət dövründə, ya sonra?
- 1928-29-cu illərdə. Qaçaqlıq edib, sərhədi adlayıblar o tərəfə. Qiyas Bəy Şıxlinski və Hasan Ağa Şıxlinski. İndi o nəsil orda Alkazak soyadıyla tanınır. Atamın çox qəribə və təsirli xatirələri var idi. Türkiyəyə gedən o qrupda Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Məsud Əlioğlu, İsa Hüseynov, Qasım Qasımzadə və s. kimi tanınmış adamlar olub. Eyni zamanda, Rusiyadan, Gürcüstandan da qruplar qatılıbmış. Atam orda Saleh Gəncəli adlı bir həmvətənimizlə görüşdüklərini danışırdı. Saleh bəy onları evinə qonaq çağırıbmış. Təbii ki, yanlarında KQB deyilən o yerdən də adam var imiş, onları güdürmüş. Atam danışırdı ki, ona deyirdik, siz bizdən nigaran olmayın, biz burda qalası deyilik. O biri qrupları izləyin. Doğrudan da, rus qrupundan bir fizik ABŞ səfirliyindən sığınacaq istədi... Hə, Gəncəli Saleh bəy onlara böyük qonaqlıq verir. Vəziyyəti yaxşı imiş. Öz şəxsi biznesi var imiş. Qonaqlığın sonunda, bir ovuc vətən torpağı gətirib onlara göstərir... Hamısı ağlaşırlar. Rus KQB-çisi qalır mat-məəttəl ki, bu kişi niyə ağlayır, dolanışığı yaxşı, kefi kök, o bir yana, bəs siz niyə ağlayırsınız? Atam deyir, dedik sən belə şeyləri başa düşməzsən...
- Atanız dayılarını görə bildimi?
- Axtarıb. Kiçik dayısının adresini bilirmiş. Bursada yaşayırmış. Danışırdı ki, həmin ünvana getdim, dedilər ki, Hasan bəy rəhmətə gedib... O biri dayısını - Qiyas bəyi də görə bilməyib. Sonra öyrənib ki, Hasan Ağa sağmış. Sən demə, Qiyas bəyin oğlu Türk Hava Qüvvələrində albay olduğundan, qorxublar kommunistlərlə görüşdən. Sonralar Qiyas Bəy ismarış yollayıbmış ki, «Mən həp İsmayılın ətrafında dolaşırdım, amma üzə çıxmağa qorxdum, oğlum hərbçiydi deyə...» Ancaq mən həm Hasan Ağanın, həm də Qiyas Bəyin nəvə-nəticələrini gördüm. Onlar indi Türkiyənin hər yanına səpələniblər. Söhbət ondan gedir ki, onları atam görmədi...
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Password: turklib
Поделитесь записью в соцсетях с помощью кнопок:

