Guntay Gancalp - Yuksal Birol - 2009
[b][/b]
Author: Güntay Gəncalp
Publisher: 'Qanun' nəşriyyatı
Publication date: 2009
Number of pages: 120
Format / Quality: Pdf
Size: 1,5 Mb
Language:Azarbaycan (Latin-Arabian alphabet)

Цитата:<div align="center">
“Yüksəl Birol” romanından)
- Səs haqqında heç düşündünüzmü?
- Düşünmədiyimi söyləyə bilmərəm, ancaq səs düşüncə konusu deyildir sanki, gizlin və görünməz bir yolla insanın düşüncələrini, duyğularını yönlədirir. Həyatımızda səsin çox önəmi var, ancaq bu önəmi dərk etmərik, sezərik, bir şəkildə içimizə alarıq. Musiqiyə yönəlişimizin də səbəbi bu olsa gərək. Yəni səslə bir sezgi olayını gerçəkləşdirmək istərik. Sözə bürünməmiş bəzi səslərin ruhumuzu etkilədiyini düşünürəm. Yəni içimizdən gəldiyi qədər də dışımızdan gələn səslər var. Hər kəs həyatı sürəsincə bu səsləri eşitmişdir. Yeridiyimiz yerdə kiminsə bizi adımızla çağırdığını duyarıq, oysa çevrəmizə baxdığımızda kiməsəni görmərik. Varlığımız səslə çevrələnmişdir sanki.
- Somut (konkret) olaraq tanış səslər duyduğunuz olurmu?
- Biz dünyaya gəldikdən sonra dünyanı, çevrəmizdəki insanları səslə tanımağa başlayırıq. Sonra da bu səslərin sözə dönüşmə sürəci başlar. Əlbəttə ki, duyduğumuz ilk və ən dadlı səs ana səsidir. Bu səs bizim ruhumuzla qaynayıb-qarışır. İllər keçir, insan yaşa dolur. Ancaq bilincaltında özünə yer etmiş olan bu səsi bəzən yuxularımızda, ya da gerçək həyatda eşidirik. Bu səs sanki dəyişik yollarla daima bizim çevrəmizdə dolaşır, bizi uyarır. Bəzən tanımadığımız səsləri eşidirik. Sanıram bu səslər dil aça bilmədiyimiz zaman eşidib və bilincaltına aldığımız səslərdir. Həyatımızın başlanqıc evrəsində eşitdiyimiz bəzi səslər bilincaltımıza yerləşir və daha sonra hansısa bir hadisə bu səsi yenidən canlandırır.
- Nədən bəzi səslər deyirsiniz, bütün səslər demirsiniz?
- Uşaqlıq dönəmində elə bir evrə var ki, orada çocuq üçün xəyalla gerçəkliyin sınırları bəlli deyil. Çocuq bəzi röyalarını gerçək və bəzi gerçəkləri də xəyal kimi görür. Yaşamın bu evrəsində çocuğun xəyallarını oxşayan, ruhuna sevinc gətirən səslər qəlbin, ya da ruhun bir yerində mərkəzləşib, gizlənib qalır. Hər bir çocuq anasının layla səsi ilə yatmaqdan xoşlanar bilirsiniz. Əslində bu səs çocuğun evrənlə təmas qurmasını sağlayır. Yaşamımız boyunca bu səs dəyişik yollarla içimizdən ya da dışımızdan, bəlli olmayan bir yerdən yenidən gələr, bəzən də röyalarımızda biz bu səslə qarşılaşarıq. Adler, Yung kimi bilim adamlarına görə röyalarımızda, yuxularımızda görüdüyümüz bəzi hadisələr bizdən çox uzun zaman öncələr yaşamış dədələrimizin həyatları ola bilər. Genlər yolu ilə o hadisələrin özəti sıxışdırılmış şəkildə bizim varlığımıza keçir və xəyallarımızda, yuxularımızda arasıra baş qaldırır. Səslər də o şəkildə. Yəni örnəyin yuxularımızda gördüyümüz səslər bəlkə də yüz və ya min illər öncə həyatda olan bir insanın səsi ola bilər. Ya da sonsuzluğun səsi. Gələcəyin, gələcəkdə yaşayacaq olanların səsi. Bu səslər ilhamın qaynağı ola bilir. Örnəyin Şəhriyarın bilincaltına sıxışmış olan bu səslər onun yaradıcılığına çevrildi. Dünya da bir çox böyük sənət əsərlərinin qaynağı bu səsdir.
- Səslə sükutun bir ilişkisi varmı?
- Səssizliyin dərin dalğınlığında qaulaq bəzi məchul səs dalğalarını alar. Əslində sükütu zəkanın dərinliyi kimi də anlayanlar var. Nədən? Çünkü sözə bürünməmişlik orada hakimdir. Səsin də sözə bürünməmişlik yönü var. Bu üzdən də səssizliyin bir qatlarında hər kəsin duyduğu səslər ola bilir. Biz gerçək həyatda və toplumsal ilişkilərimizdə ağlımızın, ruhi varlığımızın çox cüzi hissəsindən yararlana bilirik. Yaradılışımız belədir. Qavrayıcılıq enerjimizin çoxu bilinməzlik içində, sükut kimi əsrarəngiz yerdə saxlıdır. Orada baş verənləri işlək ağlımız yolu ilə anlaya bilmirik. Anlaya bilsəydik, həyatın sirləri çözülərdi və yaşamağın bir anlamı qalmazdı.
- Səs deyildiyində, ən çox insan səsi üzərinə danışdınız. Başqa səslər də ola bilməzmi?
- Bütün canlıların səsli və səssiz ilişkiləri var. Bəlkə onlar da öz səssizliklərində bir şəkildə öz yaradılış yapıları ilə təmasda olurlar. Ancaq evrən (kainat) və uzay (fəza) səslə iç-içədir. Hərəkətdə olan hər maddənin səsi olmalıdır. Hər şey hərəkətdə isə deməli onun bir səsi vardır. Başqa canlıları bilmirəm, ancaq insan bu səslərin hamısına erişəcək yapıda yaradəılmamışdır. Yaradılsaydı, düşünə bilməzdi. Bu səslər sanki bilincli varlıq kimi özünü eşitdirmək üçün bəzən uyğun insani məkanlar seçir. Yəni bir insanın iç dünyasında duyulmuş olur. Hər devinən (hərəkət edən) nəsnənin səsi var dedik. O zaman işığın da səsi var. İşıq səssiz deyildir. Bu uzun və başlanqıcsız zaman axışı içində işığın da səsini duyanlar olumuşdur. Bəlkə də özlərini peyqəmbər olaraq tanımlayanlar, duyulmaması gərəkən səsləri duyduqları üçün fərqlənmişlər.
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок:
