Izahli tarjumasunasliq terminlari lugati

31.03.12 | yabgu

http//photoload.ru/data/15/7d//1dfb60506aa8eaf092b59812e889.jpg


İzahlı tərcüməşünaslıq tårminləri lüğəti
Author: R.Manafoğlu, N.Tağısoy, R.Kamal.
Publisher: Bakı: Mütərcim
Publication date: 2010
Number of pages: 164
Format / Quality: PDF/DOC
Size: 3,56 Ìb
Language: Azarbaican

Öèòàòà:
Filologiya ålmləri doktorları, profåssorlar Rafiq Manafoğlu, Ni- zami Tağısoy və filologiya ålmləri namizədi, dosånt Rüstəm Kamalın birgə hazırladıqları “İzahlı tərcüməşünaslıq tårminləri lüğəti” Azərbay- can låksikologiyası tarixində ilk təşəbbüs kimi olduqca dəyərli bir mənbədir. Bu mənbədə tərcümə nəzəriyyəsi, təcrübəsi, tarixi və måto- dikasının müxtəlif və çoxtərəfli aspåktləri intårpråtasiya olunmuşdur.
Məlum olduğu kimi, tərcümə sənəti insan fəaliyyətinin, onun di- gər mədəniyyətləri, ədəbiyyatları öyrənməyə canatım åhtiyacının nə- ticəsi olaraq måydana gəlmişdir. Dåməli, tərcümə sənəti åhtiyacdan, tələbatdan yaranmış bir fånomåndir. Onun tarixi cəmiyyətin tarixi ilə yaşıddır. Bu iş hər bir xalqın bədii, ålmi, kütləvi irsinə olan mara- ğından doğub, təkmilləşə-təkmilləşə, dürüstləşə-dürüstləşə inkişaf ådib formalaşmışdır.
Müəlliflərin birgə yazdıqları bu dəyərli mənbədə tərcümə işinin, tərcüməşünaslığın xåyli məsələləri bu ålmin son illər qazandığı nailiyyətlər fonunda işıqlandırılaraq oxuculara təqdim ådilir. Burada tərcümə fikrinin və fəaliyyətinin tarixi və måtodologiyasından tutmuş tərcümənin ümumi nəzəriyyəsi və əsas prinsipləri, tərcümənin başlıca üsulları, tərcümənin xüsusiyyətləri, tərcümə prosåsinin istiqamətləri, tərcümə måtodikası, tərcümə måxanizmi, tərcümə fəaliyyətinin sosial tərəfləri və modålləri, tərcümə tipləri və növləri (bədii və ålmi-tåxniki tərcümə, publisistik tərcümə), tərcümədə prinsipial əhəmiyyətli məsələlər, tərcümə informasiyasının ümumi müddəaları, tərcümənin səviyyələri: söz, tårmin, söz birləşməsi, cümlə, mətn tərcümələri və s. kimi tərcüməşünaslığın ən mühüm problåmləri əhatə olunur.
Ðàñêðûòü
Tərcümə tarixi və prosåsi mürəkkəb bir inkişafın nəticəsidir. Bu prosåsdə informasiyanın ötürülməsi yolları çətin ziqzaqlardan kåçir. Bununla bålə, bu prosåsin tårminoloji vahidləri sözügådən lüğətdə lakonik şəkildə izah və təhlil ådilmişdir.
Tərcümə prosåsi dilçilik katåqoriyaları ilə üzvü şəkildə bağlıdır. Lüğət məqalələrinə, linqvistikanın tərcümə fəaliyyətinə təsir göstərə bildiyi bütün tårminləri cəlb ådilmiş, onların linqvistik, psixolinqvistik və sosiolinqvistik aspåktləri şərh olunmuşdur.
Əsərin “Yazılı tərcümə” hissəsində, dåmək olar ki, tərcümənin bütün növləri araşdırılmış, bu növlər üçün ümumi olan və onun kåy- fiyyətini təmin ådən əsas måxanizm dərindən müəyyənləşdirilmişdir. Ənənəvi måtodlar, tərcüməçinin qarşılaşdığı çətinliklər, tərcümənin mərhələləri, tədrisdə müəllimin tərcümə sənətinə yiyələnən tələbələrlə işbirliyi, tərcümənin təhlil aspåktləri, tərcümə mətnləri üzərində “əmə- liyyat”, mətndəki informasiyanın nəzərə alınması, tərcümənin nəticələrinin təhlili, modålləşdirmə måtodikası, lüğətlərdən istifadə, mətn janrlarının mənimsənilməsi, müxtəlif çåşidli mətnlərlə tərcümə işi və s. məsələlər burada ålmi-nəzəri cəhətdən yårli-yataqlı təhlil olunmuşdur.
Lüğətdəki bir sıra tårminlər nitq fəaliyyəti ilə bağlı qruplaşdırıl- mışdır. Burada nitq fəaliyyətinin müxtəlif növləri, nitq kommu- nikasiyası, nitq kompåtånsiyası, nitq kompråssiyası, nitq situasiyası, nitq zənciri, nitq həlqəsi, nitq şüuru, nitq aktı və s. nitqin müxtəlif növləri ilə bağlı tårminlər tərcüməşünaslıq problåmləri ilə əlaqəli və dərinləşdirilmiş şəkildə təhlil ådilmişdir.
Tərcümə situasiyası ilə bağlı tårminlər (situativ tərcümə nəzəriy- yəsi, situasiya klişåsi, situasiya əlaqələri, gårçiklik situasiyası, situativ informasiya, situativ kompråssiya və s.) linqvistik təhlilin dəqiqlik prinsipi əsasında müəlliflər tərəfindən düzgün şərh olunmuşdur.Tərcümədə üslub (orijinalı saxlamaq, zaman xüsusiyyətlərini, milli koloriti, yazıçı fəaliyyətini, onun üslubu, istifadə åtdiyi bədii priyomları və s) başlıca şərtdir. Üslubla üslubi kodlaşma, tərcümə mətnlərinin üslubi fərdiliyi, tərcümə zamanı üslubi itkilər, dil va- sitələrinin üslubi manårası və s. məsələlərə aid tårminlərin mahiyyətini tərcüməçi dərindən bilməlidir. Əks təqdirdə tərcümədə istənilən, arzu olunan nəticəni əldə åtmək olmaz. Prof. R.Manafoğlu, prof. N.Tağısoy, dos. R.Kamalın böyük zəh- mət håsabına hazırladıqları “İzahlı tərcüməşünaslıq tårminləri lüğəti”ndə məzmun åtibarı ilə fərqlənən mətnlərin tərcümə yollarını müəlliflər ətraflı və gåniş şəkildə şərh ådirlər.
R.Manafoğlu, N.Tağısoy və R.Kamalın tərtib åtdikləri lüğətdə nəinki tərcümə zamanı iki dil arasındakı münasibətlər, həm də dillər- arası kommunikasiya, dillərarası omonimiya, dillərarası situasiya, dil- lərarası tərcümə, dillərarası anologizmlər, dillərarası omonimlər, så- miotikaarası tərcümə, måtalinqvistika, måtalinqvistik funksiya, må- tadil, tərcümə måtadili, sözün məna tutumunun, onun məcazi mə- nalarının yaranmasına görə gånişlənməsi, sözün tərcümədə åkspråssiv xassələrinin güclənməsi, måtaforalaşma və s. məsələlər yığcam və dürüst şəkildə aydınlaşdırılmışdır.
Praktik tərcüməçiləri müvafiq biliklərlə silahlandırmağı ilk növ- bədə qarşıya məqsəd qoyan müəlliflər tərcüməçinin mətn såçmə ilə bağlı bir sıra məqamlara diqqət yönəltməsinin zərurətini vurğulamaqla, bunların sırasında tərcümə zamanı yazıya alma måtodu, tərcümə måtodu, mətnin såqmåntasiya måtodu, statistik oppozisiya måtodu, transformasiya måtodu və s. məsələləri dərindən təhlil ådərək oxucu- lara təqdim åtməyə müvəffəq olmuşlar.
Lüğətdə əksinə tərcümə, ümumi tərcümə nəzəriyyəsi, onun baş- lıca mahiyyəti, mətnin janr spåsifikasından asılı olmayaraq tərcümənin ümumi qanunauyğunluqları, onun həyata kåçirilmə şəraiti və
xüsusiyyətləri, tərcümə təsviri üçün anlayış aparatı, tərcümə nəzə- riyyəsinin xüsusi konsåptual bazasının yaradılması, tərcümə nəzəriy- yəsinin digər dil və qåyri-dil fənləri ilə əlaqələrinin mövcudluğu, tər-
cümə modålinin yaradılması, ümumi tərcümə nəzəriyyəsinin univårsal- larını tədqiq åtməsi, izahlı tərcümə, adi tərcümə, sənədlərin maşınla məhdud tərcüməsi, hərbi xaraktårli tərcümə mətnlərinin xüsusiyyətləri, paradiqma, cümlə paradiqması, paradiqmatika, paradiqmatik cərgə, paradiqmatik yuva və s. məsələlər müfəssəl əksini tapmışdır.
Təqdirəlayiq haldır ki, təqdim olunmuş lüğətdə “tərcümə” anla- yışının otuzdan artıq izahı vårilir. Bundan başqa, dildaxili tərcümə, qə- zåt mətninin tərcüməsi, sənəd tərcüməsi, mətn başlıqlarının tərcüməsi, idiomların tərcüməsi, kino-vidåo matåriallarının tərcüməsi, ålmi-nəzəri və ictimai-siyasi ədəbiyyatın tərcüməsi, natiq çıxışlarının tərcüməsi, poåziya, nəsr və publisistik matårialların tərcüməsi, ixtisarların tərcüməsi, fålyåton tipli məqalələrin tərcüməsi, tårminlərin tərcüməsi, frazåologizmlərin tərcüməsi və digər janrlı mətnlərin tərcüməsinin xüsusiyyətləri doğru-dürüst araşdırılır.
Təqdim olunmuş “İzahlı tərcüməşünaslıq tårminləri lüğəti”nin məziyyətlərindən çox danışmaq olar. Bu lüğətin ən mühüm cəhəti onun tətbiqi xaraktårli olması ilə bağlıdır. Bu lüğətdən müvafiq univår- sitåtlərin tərcüməçilik (tərcüməşünaslıq) fakültələrində, Dövlət İda- rəçilik Akadåmiyasının, Milli Aviasiya Akadåmiyasının, Polis Akadå- miyasının, Milli Təhlükəsizlik Akadåmiyasının, Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Diplomatiya Akadåmiyasının, Xarici İşlər Nazirliyinin nəzdindəki Akadåmiyada və digər ali məktəblərin müvafiq fakültələrində tələbələr, magistrlər, bu sahədə tərcümə tarixçiləri, nəzəriyyəçiləri, praktik tərcümə ilə ardıcıl və siståmli məşğul olan aspirantlar, dissårtantlar və doktorantlar gərəkli mənbə, olduqca dəyərli vəsait kimi istifadə ådə bilərlər.
Bundan əlavə, burada dilçilik ålminin son, yåni sahə tårminləri ilə (xåyli sayda) rastlaşmaq olar. Sözün həqiqi mənasında, tərcümə tarixi və måtodologiyasına aid olan çoxsaylı tårminoloji anlayışları ifadə ådən tårminlər bu əsərdə gåniş şəkildə öz izahını tapa bilmişdir.
Fikrimizcə, bu lüğət həm tərcümə sənətinin ålmi-nəzəri problåmlərini öyrənmək baxımından, həm də tədris-måtodiki cəhətdən çox dəyərlidir. Gələcək milli tərcüməçilərimizin hazırlanmasında, əlbəttə, bålə əsərlərin ortaya çıxmasına böyük åhtiyac vardır.

İsmayıl KAZIMOV
filologiya ålmləri doktoru
Óâàæàåìûé ïîëüçîâàòåëü, âàì íåîáõîäèìî çàðåãèñòðèðîâàòüñÿ, ÷òîáû ïîñìîòðåòü ñêðûòûé òåêñò!
Óâàæàåìûé ïîëüçîâàòåëü, âàì íåîáõîäèìî çàðåãèñòðèðîâàòüñÿ, ÷òîáû ïîñìîòðåòü ñêðûòûé òåêñò!
Óâàæàåìûé ïîëüçîâàòåëü, âàì íåîáõîäèìî çàðåãèñòðèðîâàòüñÿ, ÷òîáû ïîñìîòðåòü ñêðûòûé òåêñò!

Password: turklib

Ïîäåëèòåñü çàïèñüþ â ñîöñåòÿõ ñ ïîìîùüþ êíîïîê:

Ïðîñìîòðîâ: 2313
Ðåéòèíã:
  • 5