Konul bagcasindan Muhabbatdaki sirr
Könül bağçasindan Məhəbbətdəki sirr
Author: Osman Nuri Topbaş
Translator: Muhammad Qobil
Publisher: Bakı : İpək Yolu
Publication date: 2008
ISBN: 978-9952-8112-9-2
Number of pages: 421
Format / Quality: PDF
Size: 101,53 Mb
Language: Azarbaican
Цитата:İÇİNDƏKİLƏR
Ön Söz
Məhəbbətdəki Sirr
Ağlayan xurma kötüyü
Kamil İnsan
İstiqamət
Salеhlərin və Siddiqlərin Yanında Оlmaq
Ruh və Cəsəd (Padişah və Cariyə)
İman və İmtahan
İхlas
Хəvf və Rəca (Qоrхu və Ümid)
Qəflət
Ehtiras, həsəd və qənaət
Hirsi boğmaq
Həyat və Ölüm
Ölümü Gözəlləşdirmək
Gecədəki Sirr
Ruzi
Ailə yuvası
Nur və Zülmət
Qurani-Kərim Qarşısında Məsuliyyətimiz
Canlı Quran Ola Bilmək
Kosovadan bu günümüzə şəhidlik
Musa Əfəndi -quddisə sirruh
O Nə Gözəl Qul İdi
Hafiz Abdurrahman Əfəndi
Hafiz Emin YetərÖn söz
РаскрытьBiz aciz bəndələrini imanın şərəf və sevinci ilə zinətləndirən Allah təalaya həmd-sənalar olsun!
İnsanlığı zülmətdən nura qərq etməyə səbəb olan kainatın əbədi fəxri olan şəxsiyyətə salətu-salam olsun!
Haqq təala varlığı, məhəbbəti səbəbi ilə yaratdığı üçün ona tamamilə ayrı bir sirr ehsan etmişdir. Buna görə məhəbbətin olmadığı yerdə zaval, olduğu yerdə də kamal təzahürləri görünür. Məsnəvi şərhində deyildiyi kimi:
“Kəlam sahibi olan Allah buludun qulağına bir sirr söylədi, buludun gözləri su tuluğu kimi yaş tökdü. Gülün qulağına bir sirr söylədi, onu rəng və rayihə səltənəti ilə gözəlləşdirdi. Daşa bir sirr söylədi, onu mədən içində əqiq etdi. İnsana bir sirr verdi və o sirri qoruyanları sonsuzluğa ucaltdı.”
Məhz bu sirr məhəbbət sirridir. Elə buna görə də insanın Allah təalanın rizasına nailiyyət və həzrət Peyğəmbərin -səllallahu əleyhi və səlləm- şəfaətinə nail olmaqla iki cahan səadətini əldə etməsi məhəbbətdəki sirrin ehtişamında gizlədilmiş aşkar bir həqiqətdir. Bu həqiqətə agah və ram olan könüllərdə həzrət Peyğəmbərin -səllallahu əleyhi və səlləm- məhəbbəti ilə ağlayan xurma kötüyündə olan eşqin vəcdi və arzusu yaşanır. Bu yaşayış isə bəşəri kamil insan olaraq varlığın zirvəsinə, yəni əhsəni-təqvim (ən gözəl məxluq) məqamına nail edər və Haqq təalanın əmr etdiyi istiqamətə (sirati-müstəqimə, ən doğru yola) çatdırar. Düz yolda olmağın davamı isə saleh və sadiqlərlə bərabər olmaqla mümkündür. Çünki bu bərabərlik ruh və cəsəd tarazlığını qurar, yəni insanın ruh padşahının cəsəd cariyəsinə qalib gəlməyini təmin edir və ilahi nəzərgah olan könlü bu fani aləmdən və bədən əsarətindən qurtararaq Haqqa qovuşmağın əminliyinə və Haqqla bərabər olmağın fərəyinə yüksəldir. O fərəh, doymaq mümkün olmayan bir sevdadır. Gözə möhtac olmayan bir görmə, üzvlərə ehtiyac olmayan bir yaşayışdır.
Bundan sonra bəndə iman və imtahan təzahürləri arasında yetkinləşərək getdiyi əbədiyyət yolçuluğunun hər dayanacağında ixlası nisbətində bir qarşılıq görür. Digər tərəfdən, bu ilahi yolçuluqdan Haqqın rəhmət və mərhəmətinin açarı olan xəvf və rəca, yəni qorxu ilə ümid bəsləmək, hirs, həsəd və qənaət baxımından bu fani könlün nəfs ilə olan mübarizəsinə nail olmaq üçün çox vacibdir. Bu hal insanı qəflət yuxusundan oyadaraq günahdan qoruyar, paklaşan ayıq könül və təmiz bir qəlb ilə Rəbbinə yaxınlaşdırar. Nəfsi nəzarət altında saxlayıb, xüsusən hirsi boğmaq baxımından könlü qvvətləndirər.
Beləcə həzrət Peyğəmbərin -səllallahu əleyhi və səlləm- təbiriylə “həqiqi pəhləvan” deyə ifadə edilən bir vəsfə sahib ola bilənlər, həyat və ölüm arasındakı ilahi muradı dərk etmək ilə ötəri ləzzətlərə etibar etməz. Yalnız saleh əməllərə sarılar və elm, irfan, xidmət və ibadətlə zinətlənmiş bir ömür yaşayar. Belə bir ömür isə könülləri sırf Haqqın eşqi ilə dolduracağından qəlblər vüsal arzusu ilə ölümü gözəlləşdirməyin həzzi içində yaşayarlar. Yəni onu bir şəbi-arus (toy gecəsi) kimi qəbul edər və daim o qovuşma anının həyəcanı içində olduqları üçün can qəfəsi könül quşuna dar gəlməyə başlayar. Bunun üçün gündüzləri ilahi razılıq istiqamətində halal məişət və saleh əməlləri yerinə yetirməklə birlikdə gecədəki sirr pəncərəsindən misilsiz ab-havaya dalaraq Rəhmanın süfrəsindəki mənəvi ruzilərlə qidalanırlar. Buna görə də onlarda nə fani ruzi təlaşının yorğunluğu var, nə də bu dünyaya aid başqa bir vəsvəsə-nin çırpıntısı!… Ruh, təvəkkül və təslimiyyət üfüqündə həm özünə, həm də ətrafına rəhmət saçan bir bulud halındadır. Elə ki, cəmiyyətə fərəh və bərəkət mənbəyi olarkən, onun bünövrəsi olan ailə yuvasını da bir dünya cənnətinə çevirir.
O cənnətdə yetişənlər isə, ilahi bir təcəlla olaraq nur və zülmətin şiddətli mübarizəsinin davam etdiyi bu imtahan aləmində daim doğrunun, haqqın, yəni ilahi bəyanlarda göstərilən istiqamətin tələbəsi və xidmətçisidirlər. Xüsusən Qurani-Kərimə qarşı vəzifələrimiz məsələsində daim feyz və ruh yüksəkliyi ilə üzərlərinə düşən vəzifəni məhəbbətlə yerinə yetirərlər. Bundan başqa səssiz və sözsüz kitab halındakı bu əzəmətli kainatdan nə qədər hikmət, sirr və həqiqət dərsləri alır, beləcə nail olduqları mənəvi zövq, fərəh və sevinc parıltılarını ətrafına saçan təmiz bir güzgü olurlar. Məhz bu yüksək səviyyə canlı bir Quran ola bilməkdir. Belə ki, hələ ta Bədirdən başlayıb davam edən, sonra da əcdadımız Osmanlı ilə sinvollaşan ilayi-kəlimətullah (Allahın dinini ucaltmaq) davası və şəhidlik rütbəsinə qucaq açmalar, bütün bu yüksək nailiyyət və onu qorumaq üçündür.
Məhz “Könül Bağçasından Məhəbbətdəki Sirr” sərlöhvəsi ilə sizə təqdim etdiyimiz bu acizanə əsərimizin ilk fəslinin qısa məzmunu… Bu mövzunun ardınca kitabımızda olan ikinci fəsil isə bir Fatihə təmənnası ilə üç qiymətli möminlə əlaqəlidir.
Birincisi, maddi və mənəvi atam Musa əfəndi -quddisə sirruhdur. O Haqq dostu, bizim üçün mənəviyyat səmasının elə bir ulduzu idi ki, özündə topladığı ilahi gözəllik, lətafət və parıltıları layiqincə təsvir edə bilmək mümkün deyil. Onun səksən üç illik incə, zərif və alicənab həyatı bizim üçün köhnəlməyən, təravətini itirməyən örnəklərlə doludur. Haqqında deyə biləcəyimiz yeganə söz:
“O nə qədər gözəl bir bəndə idi!” deməkdən ibarətdir. Sanki günəş insan şəklinə girmiş, bəşər surət və örtüyü ilə üzü-nü örtmüşdü!…
İkincisi, son Osmanlı çinarlarından, ömrü boyu Quranın izzət və heysiyyətini mühafizə edərək hər bir halı ilə nümunə götürül-məli şəxsiyyət olan və Quranda faniləşən şeyxül-qürra Hafiz Abdurrahman əfəndidir. Ona, sanki həzrət Davudun dağları, daşları, vəhşi heyvanları və havada uçan quşları xülasə, bütün məxluqatı təsiri altına alan cəlb edici səsindən və könül iqlimindən ülvi bir hissə bəxş edilmişdi.
Üçüncüsü də, fədakarlıqlarla dolu bir xidmət yolunda ikən Azərbaycanda qəza nəticəsində şəhid olan Əliabadlı Musabımız Hafiz Emin Yetərdir.***
Bu acizanə əsərimizdə qələmə aldığımız mövzuları başda Qurani-Kərim və hədisi-şəriflərdən, sonra Haqq dostlarının gözəl xüsusiyyətlərindən, əxlaqlarından, tərənnümlərindən və hikmətli sözlərindən faydalanaraq qələmə almağa çalışdıq.
Belə ki, Haqq təala sevdiyi bəndələrinə müxtəlif təzahürlər bəxş etmişdir. Bu mənada kimini həzrət Şahi Nəqşibənd edib Allahı tanımaqda sonsuz və dərin bir mənəvi yardım dəryası qılmış, kimini Məcnun kimi eşq səhralarında gəzdirmiş, kimini ilahi əzəmət qarşısında dilsiz qoymuş, kimini Yunis Əmrə kimi eşq bülbülü etmiş, kimini də həzrət Mövlana kimi dilindən hikmətlər axan və incilər saçan bir məna mənbəyi etmişdir.
Ancaq bu fərqli təzahürlərin hamısını da həqiqətdə Allahı tanıma elmi ilə təchiz edib bütün vəliləri dostluq iqliminin misilsiz qönçələri halında insanlara ərməğan etmişdir.
Bu həqiqətə əsasən əsərimizdə Allahın pak bəndələrindən nail olduqları təzahürlər çərçivəsində istifadə etdik. Kiminin mənəvi yardım çeşmələrinə, kiminin eşq hərarətinə yönəldik, kiminin bülbül səsini dinlədik, kimindən güllər qoxladıq, kiminin də saçdığı hikmət dolu inciləri toplamağa çalışdıq. Yəni “kiminin hərəkətindən, kiminin sözündən” pay aldıq.
Bunların içində də mənəviyyat və söz vadisində böyük təzahürlərə nail olan həzrət Mövlananın bütün Haqq dostlarının könül aləmini əks etdirərək tərtib etdiyi ölümsüz əsəri olan və ilahi sirlərdən bəhs edən, uca qüdrət axışlarını anladan bu yuvarlaq göy qübbəsində par-par parıldayan ulduzları, günəşi və dünya ilə birlikdə bütün kainatı və zəriflikləri hikmətli bir üslubla bizə bildirən Məsnəvisindən xüsusilə istifadə etdik. Həzrət Mövlananın:
“Məsnəvi, həqiqətə çatmaq və Allahın sirlərinə agah olmaq istəyənlər üçün bir yoldur. Məsnəvi, təmizlənmiş insanlar üçün gönüllərə şəfadır. Qəm-qüssəni dağıdar. Qurani-Kərimi anlamağa yardım edər. Xasiyyətləri gözəlləşdirir.”- sözlərindən yola çıxaraq biz də bu vəsflərlə bəzənmək qayəsini güddük.
Rəbbimiz bu pak bəndələrindən razı olsun və bizə onlardan layiqli şəkildə istifadə edə bilməyi nəsib etsin!
Rəbbimiz ömürlərini Qurana xidmət yolunda qoyan bu üç kamil quluna sonsuz lütflər bəxş eyləsin. Cümləmizə onlar kimi rizayi-ilahi (ilahi razılıq) istiqamətində yaşamağı və ülvi gözəlliklərdən pay ala bilməyi qismət buyursun! Bizi şövq və ruhi təzahur nura qərq etsin! Ürəklərimizə imanın vəcdini, könüllərimizə Quranın nurunu, idrakımıza da şəfqət, mərhəmət və məhəbbəti bəxş etməklə bizi lütfləndirsin!…
Amin!..
Oman Nuri Topbaş
Üsküdar / İstanbul
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок: