Sadiq bey Afshar. Majmaul Xavas

20.07.12 | turuz

http//photoload.ru/data/69/f3/41/69f341defe225904be20197541555930.jpg


«Məcməül-xəvas» təzkirəsi. Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmasi
Author: Sadıq bəy Avşar
Translator & Comment: Ekrem Bağırov
Publisher: Baki.,Elm
Publication date: 2008
Number of pages: 412
Format / Quality:PDF
Size: 48.92 Mb
Language: Azarbaican

Цитата:

Sadıq bəy Avşar

Sadıq bəy Avşar mənşəcə Azərbaycan türklərindən olan məşhur rəssam, bioqraf.

Həyatı

Azərbaycanın zəngin istedadlar kəhkəşanında miniatür rəssamı Sadiq bəy Əfşar ən parlaq ulduzlardan biridir. İstedadı Allah vergisi olan bir şəxsiyyət kimi Sadiq bəy Əfşar öz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı Şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanır), musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirəçilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır.

Bu qeyri-adi dərəcədə istedadlı şəxsiyyətin həyatı kəskin süjetli macəra romanlarını xatırladır. Biz onu gah dərviş kimi səyahət edən, gah kiçik bir malikanənin təsərrüfatını idarə eləyən, gah da dəhşətli döyüş səhnələrinin qəhrəmanı, bütün bunların fonunda isə ömrü boyu öyrənməyə can atan əbədi tələbə, həm də görkəmli sənətkar və nəhayət, şah sarayındakı kitabxana və bədii emalatxanaların rəhbəri kimi görürük.

Sadiq bəy türk-əfşar tayfasına mənsub olan əsilzadə bir ailədə dünyaya gəlmişdir. O,1533-cü ildə Təbrizdə doğulmuş və hələ uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanmışdır. İyirmi yaşında ikən atasını itirən Sadıq dərviş libasında ərəb dünyasının bir çox ölkə və şəhərlərini gəzməyə çıxır. Vətənə döndükdən sonra isə xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmışdır.

Qeyri-adi fiziki və yaradıcılıq enerjisinə malik olan Sadiq bəy kiçik saraylardakı mühitdən tez bezir. Sənətkarın özü bu barədə yazır: "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil." O, öz təhsilini artırmaq fikrinə gələrək, böyük rəssam Behzadın bir qohumuna şagird durur. Öz sözlərinə görə, "hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın sənətinə yiyələnmək idi... Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli, dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi."

Müzəffər Əlinin yanında keçirdiyi təhsil illərində Sadiq bəy həm də Astrabad türkmənləri ilə döyüşlərdə özünün cəsurluğu və hünərvərliyi ilə şöhrət qazanır. Öz xarakterinin bu cizkilərini Sadiq bəy Azərbaycan və türkmənşəli olması ilə əlaqələndirirdi. Həmişə deyərmiş ki, "türklüyümü gözə çarpdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm. "

Səkkiz illik təhsil müddəti havayı keçmir. Müasirlərinin yazdığına görə, Sadiq bəy "nəhayət, böyük uğurlar qazanır və tayı-bərabəri olmayan incə fırçalı miniatür rəssamına çevrilir. O, minlərlə portret işləmişdir". Sadiq bəyi saraya dəvət edirlər. II Şah İsmayılın dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləyir, Şah Məhəmməd Xudabəndənin (1578-1587) zamanında isə həmin məşhur kitabxananın rəhbəri olur və bu münasibətlə özünü "Sadiq-Kitabdar" adlandırır. Bu, həmin kitabxana idi ki, vaxtilə onun başında dahi miniatürçülərdən Behzad və Sultan Məhəmməd durmuşdu. Bu kitabxana əsl "İncəsənət Akademiyası" idi. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Eyni zamanda burada xəttat, ornamentalist (nəqqaş), qızıl suyuna çəkmə (müzəhhib), rəngkar (müsəvvir), karton (səhhaf) və dəri cildləmə (mücəllid) üzrə kadrlar hazırlanırdı.

Sadiq bəy I Şah Abbasın vaxtında da həmin vəzifədə çalışır. Sonralar onu istedadlı xəttat və daha istedadlı saray xadimi və elə buna görə də "Şah Nəvaz" ("şahın nəvazişçisi") adlandırılan Əlirza Təbrizi əvəz edir. İskəndər Münşinin "Tarixi -aləmarayi-Abbasi" əsərində yazdığı kimi, Sadiq bəy bundan sonra da formal olaraq, kitabdar sayılırdı: " …Sadiq ölənə qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir. " Böyük sənətkar 80 yaşında vəfat edir.

Yaradıcılığı

Onun çağdaşı olan təzkirəçi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. O, "Sadiqi" təxəllüsü ilə gözəl şerlər yazıb. Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərinin müəllifidir. Bunlar arasında onun Azərbaycan və fars dillərində qələmə aldığı şerlər "Divan"ı, I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min gözəl beytdən ibarət "Fəthnameyi-Abbasi-namdar" ("Məşhur Abbasın fəthlər kitabı") adlı tarixi-epik poeması da vardır. XVII əsrin məşhur Azərbaycan tarixçisi İskəndər Münşi həmin əsəri Firdovsinin "Şahnamə"si ilə heç də təkcə ona görə müqayisə etmir ki, hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınmışdır.
Sadiq bəyin Azərbaycan dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir. Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş "Qanun əs-Sovər" ("Təsvirin qanunları") adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, zira burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir. Görünür, Avropa sənətşünaslarının Sadiq bəyə maraqlarının gün-gündən artmasının bir səbəbi də elə budur.

Sadiq bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Öz rəsmlərini ona qəsidə yazmış şair Qüruriyə bağışlayaraq deyir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "

Məlumdur ki, Sadiq bəy İmam Qulu xanın, Teymur xan Türkmənin portretlərini çəkib.Həmin portretlər, habelə "Əmir" və "Gəzərgi dərviş" şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Bütün bu işlərdə Sadiq bəyə xas olan manera-şəxsiyyətin xarakterini açan qabarıq cizgilər vermək saxlanılmışdır. Sadiq bəyin illüstrasiyalar çəkdiyi bir neçə kitab da indiyə qədər qalmışdır.

Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun əsərləri təsvir obyektini realist cizkilərlə vermək və perspektivi göstərməyə cəhd göstərməklə yadda qalandır. Mütəxəssislərin fikrincə, onun yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahan məktəbinin inkişafında böyük rol oynamışdır.

ImageImage

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Поделитесь записью в соцсетях с помощью кнопок:

Просмотров: 1429
Рейтинг:
  • 5