Qurban Said - Ali Va Nino - Roman

Əli Və Nino
Author: Qurban Səid
Publisher: Baki
Publication date: Unknown
ISBN: Unknown
Number of pages: 152
Format / Quality: Pdf
Size: 1,2 Mb
Language:Azarbaycan
Цитата:
“Əli və Nino” romanı müəllifinin kimliyindən dolayı, tam iki onillikdir ki, davam edən mübahisəyə olan münasibətini bəndəniz bir qədər obrazlı şəkildə belə ifadə etmək istəyir: bu əsərin ekzotiklik dərəcəsi qərblilər üçün nə qədərdirsə, biz şərqlilərdən ötrü də elə o miqdardadır. Başqa cür ola da bilməzdi, zira həyatının əvvəli Doğuda, sonrası isə Batıda keçmiş bir şəxsin mükəmməl bilmədiyi mövzuda qələmə aldığı kitab da elə, necə deyərlər, oriyentalla vesternin qarışığından ibarət olmalı idi zatən...
Böyük ədib olmaqdan da ziyadə böyük alim olmuş Cəmənzəminlinin adını bəziləri kimi göstərilən əsərin müəllifliyinə çıxmaq o qədər gülməli işdir ki, bu barədə uzun-uzadı yazmağın özü Molla Nəsrəddin lətifəsindəki “üzrü günahından pis” kimi bir nəmənə olardı. Amma məsələnin lap gülməli tərəfi orasındadır ki, Qurban Səid ad-soyadlımı, təxəllüslümü müəllif Yusif Vəzirin ilkin vətəni olan Qarabağı, Şirvandan fərqli olaraq, nəinki yerli-dibli tanımır və hətta aşıq sənəti mövzusunda Ermənistanla qarışdırır da, üstəlik bu diyarı xoşlamır və həmin səbəbdən, vaxtaşırı olmaqla,ona istehza da edir. O cümlədən aşığı meyxanadeyəndən ayırd edə bilməyən bu müəllif, hərbə-zorbanı da təhqirlə çaş-baş salır və onun nəticəsidir ki, bir aşığın dililə digərinə deyir: “Sənin sifətin donuz sifətinə bənzəyir...istedadın bakirə qızın qarnındakı tükdən də nazikdir”... Beləcə, kitabdakı gercəkliyə uyuşmayan irili-xırdalı yüzlərlə qələtdən birinin timsalında görünən budur ki, neçə deyərlər, bizliyimizin bilicilərindən olmuş Çəmənzəminlinin dırnaqarası təəssübkeşlərinin elmi (əgər buna elm demək caizsə) faciəsi bu böyük alim-ədibi bundan da artıq aşağılamağın mümkünsüzlüyünü dərk etməmələrindədir...
Beləliklə, Yusif Vəzirin ruhunu rahat buraxıb, Qurban Səidin kimliyinə gəlincə ondan başl ayaq ki, “Əli və Nino” qərblilər üçün və, ən əsası, qərbli kimi yazıldığındandır ki, müəllif azərbaycanlıları bəzən barbar, şərq-ərəb üslubunu mavritan stili adlandırır, xüsusi məsuliyyət gözləmədən xeyli tarixi və coğrafi səhvlərə yol verir, məsələn Bakı xanı Hüseynqulunu Həsənqulu xana çevirir, Astaranı Ağstafaya döndərir... Əli xanın oxuduğu sinfin dini-milli tərkibi də olduqca az inandırıcıdır: müsəlman (türk)-30, katolik-qriqoryan (erməni)-4, katolik-roma (polyak)-2, sektant-3, provoslav (rus)-1 nəfər.
Qurban Səid təxəllüsününmü, adınınmı daşıyıcısı Əli xan Şirvanşiri nə qədər idealizə etsə də, bilmir ki, şiəməzhəblər şəbihə uzanıb tamaşa etməzlər, nə də qızlarına Aişə adı qoymazlar. Yaxud da Seyid Mustafanın dililə qadınlar haqda deyilənlər həmçinin müəllifin nəinki ələvilikdən-şiəlikdən, bütövlükdə islamdan bixəbərliyinə dəlalət edir.
Əsərin müəllifinin Bakıya, Şirvana və bütövlükdə Azərbaycana məhəbbəti, eləcə də şiəməzhəb islama hörməti mübahisəsiz olsa da, onun türk millətli və müsəlman dinli olması qeydsiz-şərtsiz deyil. Əksinə, o hər kimdirsə, gürcü qarışığı olmalıdır, doğrudan da: türk oğlan gürcü qızını sevə bilər, amma həmin qızı mövcud olmamış müqəddəs Tamara qız gimnaziyasında oxutmaq, İran bayrağındakı günəşi gürcü qadınının rəmzi saymaq, eləcə də Sisianovu Sisianişvili, yaxud bizimçün anlaşılmayan “anisani, banisani, mamavari, kaniani” yazmaq üçün gərək zatında mütləq gürcülük olsun. Elə Şirvanşirlərin yeganə qız övladının gürcü adı (özü də müqəddəs Tamara) daşıması da həmin fikri bir daha təsdiq edir. Qurban Səidin Lev Nissinbaum ad-soyadıyla bağlanmasına əsasən onun, rəsmən də olsa, musəvi-iudaist dininə mənsubluğunu, hətta tat xalqından olmasını da fərz etmək olar. Diqqətəlayiq faktdır ki, əsərin əsas qəhrəmanları, biri müsəlman-şiə, digəri xristian-provoslav (gürcü) təriqətlərindən olmaqla, dini müqəddəslərin adlarını daşıyırlar. Kim bilir,bəlkə də müəllif Bakıda yaşamış türk(azərbaycanlı) ata ilə gürcü ananın övladı olub və əsərində də elə onların prototipini yaradıb? Amma istənilən halda, onun milli deyilsə də xəlqi cəhətdən azərbaycanlı olduğunu qətiyyətlə demək olar ki, əsl mətləb də elə burasındadır...
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Password: turklib
Поделитесь записью в соцсетях с помощью кнопок:
