Shayh Safiaddin Ardabili.Qara Majmua
Qara məcmuə
Author: Şeyx Səfiəddin Ərdəbili
Editor & Composer: Hüs eyn Məhəmmədza də Sədiq
Publisher: Tehran
Publication date: 2001
Number of pages: 87
Format / Quality: PDF/EXE
Size: 3,54 Mb
Language: Azarbaycan
Цитата:
Şeyx Səfi əd-Din Ərdəbili - tanınmış sufi alimi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Səfəviyyə təriqətinin banisi, Şah İsmayıl Xətainin ulu babası.
Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan və monqol dillərini öyrənir.
İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615-700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.Şeyx Səfinin ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur. Onun şöhrəti az zamanda bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayıldı. Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınan Şeyx Səfi bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.
Ərdəbilin Darül-irşadı (Hidayət evi) geniş bir əraziyə mənəvi ocaq olmuş və bu ocağın başında Şeyx Səfi durmuşdu. Şeyx tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüşə malik idi ki, ayrı-ayrı İslam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən qidalana bilirdi. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilatın vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında “pir”, yaxud “mürşid” dururdu. Əsas iş mürşid (müəllim) ilə müridlər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.
Əksər hallarda siyasətə qarışmayan bu sistem Şeyx Cüneydə kimi davam etmişdi. Amma Darül-irşad Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan nəinki təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Bununla Şeyx Səfinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz Darül-irşada rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şah İsmayıl Ərdəbil Darül-irşadına rəhbərlik etmişlər.
Şeyx Səfi əd-Din 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişir və burada da dəfn olunur. Onun məzarının üzərində türbə qurulur, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınır. Burada böyük bir mədəni mərkəz yaranır. Şah İsmayıl da daxil olmaqla səfəvi şeyxlərindən bir çoxu burada dəfn olunur. Həmin mərkəzin tikinti və bərpa işləri fasiləsiz olaraq davam edir. Nəhayət, XIV əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1576-cı illər) həmin məqbərə öz indiki şəklini alır. Səfəviyyə təriqətinin rəhbəri qismində Şeyx Səfi əd-Dinin ilk varisləri Sədrəddin Musa (1334-1392/3) və Şeyx Xacə Əli (1392/3 -1429) olmuşdur. Səfi əd-Dinin nəticəsi İbrahim Şeyxşahdan (1429 -1447) başlayaraq Ərdəbil şeyxləri real, dünyəvi hakimiyyəti də ələ keçirirlər. Şeyx İbrahim Şeyxşah Ərdəbil hakimi olur, sonradan Şah İsmayıl (1486-1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Səfəvilər dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsinin əsasını qoyur.Etnik mənsubiyyəti
Şeyx Səfiəddinin atası Əminuddin Cəbrəil Xacə Kəmaluddin Ərəbşahıdır. Sufi dairələrində onu yeddinci şiə imamı Musa Kazimın (miladi 754-800) 21-ci nəslindən hesab edirdilər. Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan ilk şəxs hesab olunur. Mənbələr Firuzşahın oğlunun Əvəz, Əvəzin oğlunun Məhəmməd, Məhəmmədin oğlunun Səlahəddin, Səlahədinin oğlunun Əminəddin, Əminəddin]in oğlunun isə Səfiəddin olduğunu qeyd edirlər. Lakin əksər tədqiqatçılar bunu yalnız təsəvvüf ənənəsi ilə bağlayırlar.
Şeyx Səfiəddin Ərdəbili etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunl ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs – səfa” (“Saflığın saflığı”) adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddinni yeddinci şiə imamı Musa Kazimın 21-ci nəslindən hesab edirdilər. Lakin Əhməd Kəsrəvi “Səfvət əs – səfa” əsərinin müqatisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[1] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikiri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəsilinin sonradan "tamamlə türkləşdiyini" yazır.[2]
Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, ”bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər”[3] İ.P.Petruşevski də eyni fikri söyləmişdir: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur”[4][5] Hanna Sohrweide görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk"( ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur[6] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır. Şeyx Səfi əd-Din Ərdəbili mənşəcə Azərbaycan türklərindən[7][8][9]olan adlı-sanlı alim, şair, Səfəviyyə təriqətinin banisidir.
Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.[10]İstinadlar
1. Ahmet Kesrevi. Şeyh Safi. s.35-37
2. Zeki V. Togan, “Sur L’origine des Safavides”, Mélanges Massignon, III, 1957, p. 356
3. В.В.Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748
4. И.П. Петрушевский. Государства Азербайджана в XV в.. стр. 205
5. Пигулевская И.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М. 1958
6. Sohrweide, Hanna, “Der Sieg der Safaviden in Persien und scine Rückwirkungen auf die Schiiten Anatoliens im 16. Jahrhundert”, Der Islam, 41 (1965), 95-221.
7. H.R.Roemer’in Die Safawiden: ein orientalischer Bundesgenosse des Abendlandes in Türkenkampf
8. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, III cild
9. Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, 1999, III cild
10. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər Dövləti. Bakı, 2007Şeyx S əfi əddin Ərd əbilinin
şe’r ləri,sözləri, ö yüdlə ri və mənq əbə lə riIçindkiler:
1- Şeyx S əfi əddin Ərdəbili --- --- --- --- --- ---- --- --- --- ------ ---- 3
2- Şeyx S əfin ini t ürkç ə şe’r ləri --- --- --- --- --- --- --- - -- --- ---- --- 7
3- Şeyx S əfiyə m ənsub giləkç ə şe’r lər -- --- --- --- --- --- --- ----- 12
4- Şeyx S əfiyə m ənsub olan f ar sc a şe’r lər --- ---- ------ --- ---- 14
5- «Əl -bu yur uq» risaləsi --- --- --- --- --- --- ------ --- --- --- --- ----- - 17
6- Yol əhlin ə gilavu z -- --- --- --- ----- ---- ------ ------ --- --- --- --- --- 32
7- «Mü zəkkr in- nü fu s» risal əsi -- --- --- --- --- --- ------ ------ --- --- 39
8- «K önül» risaləsi ---- ------ --- --- --- ------- --- --- ----- ---- ------ --- 55
9- Səfv əiü s- səfa ---- ------ --- --- --- --- --- ------ --- --- ---- --- --- --- --- - 60
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Password: turklib
Поделитесь записью в соцсетях с помощью кнопок: