Turkcam manim,sas bayragim

<b>Türkcəm mənim, səs bayrağım.</b>
Author: Məhəmməd Təqi Zehtabi
Publisher: Təbriz.,"Nəbati"
Publication date: 2005
Number of pages: 48
Format / Quality: PDF
Size: 4,4 Mb
Language: Azarbaycan
Цитата:
Dünya şöhrətli alim, Türkoloq, tarix elmləri bilicisi və "İran Türklərinin əski tarixi" nin yazari Profesor doktor Məhəmməd təqi zehtabinin yeni bir kitabi ışıq üzü gördü.
"TÜRKCƏM MƏNİM, SƏS BAYRAĞIM" yeni ünvanlı kitabdır ki şair qurbətində yazıb-yaradıbdır ki indiyə kimi bu şeirlər ışıq üzü görməyibdir.
Kitab Təbriz şəhərində əkbər rəhimzad fərəci-nin redaktı və ehtimamilə "nəbati" nəşriyatında 300 səhfə həcmində çap olubdur. Kitabın dəyəri 5000 tüməndir.
Цитата:<div align="center">TÜRKÜN DİLİ
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri oxuyanlar, eşidənlər kəsil olmaz,
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair paxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorganı, kənd içrə məsəldir, mitil olmaz.
Azer qoşnu Qeysəri, Rumu əsir etmiş,
Kəsra sözüdür, bir belə tarix nağıl olmaz.
Bişmiş kimi şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən,
Teşxis veren olsa, bu qədər zir-zibil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.
Çox qıssaboy olsan, olusan cin kimi şeytan,
Çox da uzun olma ki, uzunda ağıl olmaz.
Məndən də nə zalim çixar, oğlum, nə qisasçı,
Bir dəfə bunu an ki ipəkdən qəzil olmaz.
Azad qoy oğul eşqi təbiət də bəyənsin,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.
Çox da ki, Sərabın suyu var, yağ-balı vardır,
Baş ərşə də çatdırsa, Sərab Erdəbil olmaz.
Bir zərrə müsavat ola, şair çöpe dönməz,
Ərbablarımızdan da qarınlar tebil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyə ile
Onda ki, nənəm sancılanar zəncəfil olmaz.
Bu Şehriyarın teb'i kimi çimməli çeşmə
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.M. H . Şəhriyar
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок:
