Natəvan Xurşidbanu. Əsərləri
Natəvan Xurşidbanu. ƏsərləriAuthor: Natəvan Xurşidbanu
Publisher: Bakı, "Lider nəşriyyat", 2004
Format / Quality: Pdf
Size: 174.44 Kb
Language:Azerbayjan
Цитата:.
Xurşidbanu Natəvan - Azərbaycanın görkəmli şairə-qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir.
Xurşidbanu Natəvan parlaq istedada və qabağcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında böyük və əhəmiyyətli izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin, zənnimcə, bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Ad çəkdüiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar) maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar). Natəvan yaradıcılığının böyük tədqiqatçısı, mən deyərdim, əsl mənada "Natəvanşünas" olan mərhum Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyad-oğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin "Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s.). Onu da qeyd edək ki, hal-hazırda Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şer divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xan-bikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi.
Azərbaycanın böyük sənətkarı Xan Şuşinski də Sarıcalı Cavanşir nəslindəndir (bildiyimiz kimi, onun soy adı Isfəndiyar Cavanşirov olmuşdur). Və bu gün Arif Babayevin ifasında səslənəcək tanınmış "Şuşanın dağları" mahnısının yaranması, məhz, Xan Şuşinskinin adı ilə baqlıdır.
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı abı-havası və mühiti də olmuşdur.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şerlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.
Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın yəganə varisi deyərmişlər)
Natəvanın xeyirxahlıqı və xeyriyyəçiliyi də gözə çarpır. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı.
Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.
"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şer, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı" (Natəvan haqqında xatirələr. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.
Bu məqalə əsas mövzusu ilə əlaqədar qəribə bir məsələyə toxunmaq istərdim.
Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır" (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Bununla əlaqədar qeyd edək ki, hal-hazırda bu Muzeyin qeydiyyət kitablarına əsasən, göstərilən inventar nömrə Füzuli adına Respublika Əlyazmalar institutuna verilib. Təəssuf ki, biz həmin materialları bu Institutun fondunda hələlik aşkar edə bilmədik. Buna baxmayaraq, ciddi tədqiqatçı olan Bəydər Məmmədovun əsərində verilən bu fakt, sözsüz, diqqətə layiqdir. Lakin, yuxarıda göstərilən qeyri-muəyyən vəziyyəti nəzərə alaraq, gələcəkdə bu vacib mənbənin saxlanılan yeri mütləq müəyyən olmal ıdır.
Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış (Nizami adına Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar "Xan qızı Natəvan" operasını artıq yazıb bitirmişdir.
XX əsr azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s.
Xurşidbanu Natəvan zəmanəsinin gğrkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.
Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim isə Ziya xanın nəvəsi Uğurlu bəyin qızıdır.
Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir.
1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Omkanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.
Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil etmişdir. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.
O, yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.
("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.
Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок: